İçeriğe geç

Zafer Takı Kitap Alıntıları – Erich Maria Remarque

Erich Maria Remarque kitaplarından Zafer Takı kitap alıntıları sizlerle…

Zafer Takı Kitap Alıntıları

Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş, tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbəttir. Gərək, heç kimə, heç nəyə öyrəşməyəsən.
Hər cəhəttən özünə oxşar adamı kim istəyərdi? Məhəbbəttə əxlaq norması axtaran kimdir? Bu, zəif insanların tapıntısı idi! Məhəbbət qurbanlarının şikayət dolu sızıltısı idi!
Əgər şübhə dalğası bülluru bir dəfə sındırıbsa, onu uzaqbaşı yapışdırmaq olar. Yapışdırıb, bir vaxt işıl-işıl işıldayan büllurun sınıq parıltısına baxa-baxa özünü aldadarsan. Yox, heç nəyi qaytarmaq olmaz, heç nəyi ilkin şəklinə salmaq mümkün deyil. Heç nəyi!..
Unutmaq! Sözə bax! Onda dəhşətlərdə var, təsəllidə, vahimə də! Kim unutsa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam onda azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir
Biri var imiş biri yox, bir dalğa var imiş.
Bu dalğa bir dənizdəsə, məsələn deyək ki Kapri buxtasında bir qayaya vurulubmuş. O hər gün özünü bu qayanın qoynuna atır,
onu yalayır, gecə gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır,ağlayır sızlayır, yalvarır ki ona mehriban olsun. Dalğa həmin qayanı beləcə sevə-sevə, oxşaya -oxşaya yavaş-yavaş altdan-altdan oyur,oyur və günlərin bir günü qaya tamam ovulur,uçub onun qoynuna yıxılır Dalğa birdən görür ki, daha qucaqlamağa sevib oxşamağa vüsal həsrəti ilə yanmağa qaya yoxdur, o çilik-çilik olub, özünün qucağındaca boğulub, dənizin dibinə gedib. Çox fikirləşirki neylesin axırda gedib özünə ayrı qaya axtarır
-Dalğanın nə günahı?!Qaya gərək uçmayaydı,qaya kimi qalaydı.
-Dalğalar həmişə belə deyir Hərəkətdə olan şeylər sükunəttə olanlardan güclüdür Demək su qayadan güclüdür
-Bunların bizə nə dəxli?! Çox mənasız hekayətdir..Yoxsa yenə məni ələ salırsan? Əgər elə şey olsa, sən məni atacaqsan Dəqiq bilirəm!
-Ravik güldü:
-Bu da məni atıb gedəndə, deyəcəyin sözlər olacaq. Deyəcəksən ki, guya mən səni atmışam, istədiyin qədər də bəhanə tapacaqsan, hamısına da inanacaqsan Və dünyanın ən ulu məhkəməsi olan təbiətin qarşısında özünə bəraət qazanacaqsan
Həyat adama bir də ona görə lazımdır ki, mübarizə aparsın, sadəcə olaraq, nəfəsi nə qədər gedib – gəlir, mübarizə üçün fürsət gözləsin. Ancaq gözləmək də adamı için – için yeyir, ümidlər alt – üst olur, üstəlik, səni gizli bir qorxu hissi də bürüyür ki, tamam əldən düşəcəksən, gözləməkdən üzüləcəksən, yorulacaqsan, həyatla ayaqlaşa bilməyəcəksən. Adam elə buna görə də əsəblərini yerindən oynadan hər şeyi yerli – dibli unutmaq, amasızcasına, rişxəndlə, acı kinayə ilə, peşmançılıq hissi duymadan onun başını biryolluq əzmək, sonra isə tamam başqa adam, özgə bir mən olmaq istəmirmi?

?Erix Mariya Remark • “Zəfər Tağı”

Məhəbbətdə əxlaq norması axtaran kimdir? Bu zəif adamların tapıntısı idi. Məhəbbət qurbanlarının şikayət dolu sızıltısı idi.
Qaranlıqdan gələn sözlər necə düz ola bilər? Həqiqət üçün parlaq işıq lazımdır.
Insanlar niyyət etməkdə ustadırlar, ancaq onu həyata keçirən də zəif olurlar. Bizim bədbəxtliyimizde elə bundadır.
Pulla başa gələn hər şey ucuz düşər.
Elə qaranlıq idi ki, heç Zəfər tağı da görünmürdü /
Biz bu dünyaya təbəssümlə gəlmirik!
Tale heç vaxt ona qarşı qoyulan cəsarət hissindən güclü olmayıb! Gördün ki, dözə bilmirsən, o vaxt özünü öldürürsən. Yaxşı ki, adam bunu bilir. Və bir də onu bilmək yaxşıdır ki, nə qədər nəfəsin gedib-gəlir, heç nə itirilməyib
Hər şey öz mənasını itirmişdi. İstər İnternasional da qalan mühacirlər, istərsə də Avropanın min-min İnternasional larındakı didərginlər, əzabkeşlər, nədənsə qaçıb canını birtəhər qurtaranlar, ümidsizlər bu gəmiyə minə bilsəydilər, min şükür! deyərdilər, bilet tapsaydılar, sevincdən dəli olar, hıçqıra-hıçqıra ağlayar, pilləkənləri qucaqlayıb öpər, möcüzəyə inanardılar O bilet ki, indi külək ölümünə doğru gedən bir adamın yorğun əlində yelləndirirdi və həmin adam da deyirdi: Qalsaydım, yaxşı olardı
Sükut, pıçıltı, gündə min dəfə oxunan kağız-kuğuzların xışıltısı, lal-dinməz oturub dönə-dönə günləri saymaq, ümidsiz-ümidsiz öz sonunu gözləmək, cüzi, miskin bir qeyrət hissi, min dəfə alçaldılmış, min dəfə təhqir edilmiş həyat! O həyatı indi bir küncə qısnayıblar, dəhşətə gəlib, nə edəcəyini bilmir!
Kim unutmasa yaşaya bilər? Elə adamda tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir
Nə isə ondan xəbərsiz ürəyində özünə yer eləmişdi.Hər şey yavaş-yavaş, tədrici asılılıqdan başlayır.Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbətdir.
Eğer yaşanmakta olana başkaldırıyorsanız ve gençseniz, yaşadığınız her ne olursa olsun serüvendir.
Təkcə onu görürdü və bilirdi ki, onu belə sirli-soraqlı eləyən özünün vurğun könlüdür.Bilirdi ki, bundan da qəşəng, bundan da ağıllı, bundan da saf üzlər var.Ancaq onu da bilirdi ki, başqa üz yox, məhz bu üz onun qəlbinə hakim kəsilib. Bu hakimliyi də ona özü vermişdi..
Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz, – deyə yorğun-yorğun ürəyindən keçirdi. – Çətini, adamın xəyal dünyası ilə onu bağlayan sehrli sap qırılana kimidir
Devletler, kontrollerine aldıkları muhalefet hareketlerini, ayaklanmaları ya da devrimleri, dışında kaldıklarından daha kolay engeller.
-Yox! – Ravik tez onun sözünü kəsdi. – O da olmaz! Deyirsən dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq Bizə heç olmaz! Ortada adi bir fırıldaq iş olsaydı, bəlkə də, sən deyən kimi düzələrdi Ancaq onun da axırı yoxdur Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!
– Mən? – bir də təkrar elədi. – Sən mənim nəyimə bələdsən? Həyatı suallarla dolu olan bir adamın qəlbinə məhəbbət odu düşməsini sən haradan biləsən? Sənin ucuz ehtirasın onun yanında nədir ki?! Ömrü boyu yıxılıb-durmağa məhkum olunmuş bir adam təsadüfən özünə dayaq tapanda , sonsuz niyə lər sonu görünən sən ə çevriləndə, sükut səhrasından hiss və duyğular ilğım kimi baş qaldıranda, səndən ixtiyarsız qanın cuşa gəlib, təlxəklik eləyə-eləyə adi meşşan həyatından da, şirin-şirin arzulardan da füsunkar bir aləm yaradanda, sənin o ucuz ehtirasın neyləyər?
Çox vaxt həqiqətin özü də yalan kimi səslənirdi!
Əgər şübhə dalğası bülluru bir dəfə sındırıbsa, onu, uzaqbaşı, yapışdırmaq olar.
Bıçaq sümüyə dayananda özünü kübarlara bənzətmək arzusu yaddan çıxır!
Bıçaq, ülgüc kimi iti olanda ağrıtmaz! Bir şey ki yəqinləşdi, ağrı o dəqiqə kəsilir. Ağrı həmişə o dərd yüngülləşənə kimi, bir də yəqinləşib qurtarandan sonra başlayır
– Həkimlər həmişə bəhanə tapır! – bu sözləri Joan asta-asta dedi.
– Qadınlar kimi, Joan! Biz ölümlə oynayırıq, siz isə məhəbbətlə
Dünyanın bütün bəhanələri də, həqiqətləri də bunun üstündə bərqərar olub.
Tarix təkrar olunurdu və həmişə də imperatorlar yolunda, mənasız yerə bir-birini qıran səbrli xalqlar, axmaqlar tapılmışdı
Günəş çıxanda heç soruşarmı dünən yağıb? Çində, ya İspaniyada müharibə olub? Həmin anda neçə min adam qırılıb, neçə min adam dünyaya gəlib? Günəş çıxıb, bu hər şeyə dəyər!
Həyat indi qanad taxıb uçur, heç nəyə öyrəşmək lazım deyil.
Zaman keçmişə çevriləndə öz mənasını itirir.
Səma hər yerdə eynidir, yer üzündəki qətllərin, nifrətin, məhəbbətin, qurbanların üstünə çadır kimi çəkilib Heç nədən xəbəri olmayan gözəl güllər isə hər il açır, mavi toranlıq gündüzlə gizlənqaç oynayır, nə pasport dərdi çəkirlər, nə də satqınlıqdan, tənhalıqdan, ümidsizlikdən qorxurlar
Hər şeyi necə qəbul edirsənsə, bunlara da eləcə qismətdir deyib ümidsizliyin yeganə silahı olan təmkinlə dözürsən.
İnsanın daxilində həmişə bir siçovul gizlənir, onu heç vaxt boğub öldürmək olmur
Adam o vaxt qocalır ki, artıq heç nə hiss eləmir.
– Yox, adam sevməyəndə qocalır.
Neyləyəsən həyat öz həyatlığında qalır, gah heç olur, gah da hər şey Ondan əl çəkmək də lap asandır. Ancaq bu həm də intiqam arzusundan, hər gün, hər saat ələ salıb tüpürdüyünə, gözdən salmağa çalışmağına baxmayaraq, təxminən, adamlığa, insanlığa inam adlanan şeydən əl çəkmək deyilmi? Həyat nə qədər mənasız olsa da, onu boş giliz kimi tullamaq olmaz. Lazım gələndə, mübarizə vaxtı çatanda o həmişə mənalı olur.
-Get, – dedi, – hamısını da unut. Bəlkə də belə yaxşıdır, bizi ehtirasın qulu olmağa qoymaz. Eşqimiz saf olar, əbədi məşəl kimi alovlanar, üstündə kələm qovurduğun mətbəx qazı kimi gah yanıb, gah da sönməz.
– Ben hiç bir şeyi unutmuyorum.
+ Peki nasıl oluyor da hala yaşıyorsun?
Məhəbbət dupduru, balaca bir gölməçə deyil ki şəklin həmişə ora düşsün Joan.Onun tufanı var, fırtınası var..Onda gəmilər,şəhərlər qərq olur,qızıl küpələri,mirvarilər batır.Ancaq mirvarilər çox dərinə gedir..Bax mirvarilər əsil sevgilərdir, Joan
-Şimdi bunu ne yapabilirim?
+ Bir yere koy. Bir sürü şey koymak için yer var. Bu dünyada her şeye, istediğin kadar yer var. Sadece insanlar için yeterli değildir.
Unutmak! Söze bak! Onda Korku, teselli ve panik var! Kim unutmadan yaşayabilir? Her istediğini unutabilen.. böyle bir insan bulunabilir mi? Anıların parçaları kalpleri parçalamaz mı?
İnsan, uğruna yaşadığı her şeyi kaybettiğinde özgür olur..
Həyatın çox yaxşı qanunu var: heç nə gözləmirsənsə, məyus qalmayacaqsan
Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndə duydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır
Adamın da gözündə hər şey öləndə bədbəxtlik daha bəxbəxtlik olmur, çünki həyatda onu müqayisə eləməyə heç nə qalmır. Onda hər şey mənasını itirir, keçib gedir, sən də yavaş-yavaş özünə gəlirsən
Həqiqətə uyğun olmayan şeylər, az qala, həmişə həqiqət olur.
Əsl həyat bircə anın səadətindədir. Bu bircə an əbədiyyətə lap yaxındır.
Sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür.
İnsanların bir-birini sevməsi nəyə desən, dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndə duydum.
Bir az şoran dadı verən bu dörd litr sirli mayenin adı qan idi, bədənin bütün əzalarına süzülüb ona həyat verirdi, hansı bir heçlikdəsəngözə görünməyən bir anbara yığılırdı və onun da adına yaddaş deyirdilər.
Hərbi zavodları ona görə tikirlər ki, sülh istəyirlər, həbs düşərgələrini ona görə yaradırlar ki, həqiqəti sevirlər! Ədalət də siyasətbazlar üçün pərdə olub. Siyasi canilər indi xilaskara çevrilib. Azadlıq isə ağalıq iddiasında olanların guruıtulu şüarıdır. Saxta pullardır! Mənəvi saxtalıqdır!
Hamının həyatı öz evi deyil ki, xətri istəyən mebellə bəzəsin.
-İndi başa düşmək istəyən adam tapılar? Dünyadakı bütün anlaşılmazlıqların səbəbi də elə budur.
Adamın da gözündə hər şey öləndə bədbəxtlik daha bədbəxtlik olmur, çünki həyatda onu müqayisə eləməyə heç nə qalmır. Onda hər şey öz mənasını itirir, keçib gedir, sən də yavaş-yavaş özünə gəlirsən
Qaranlıqdan gələn sözlər necə düz ola bilər? Həqiqət üçün parlaq işıq lazımdır.
Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir.
-Gəncliyin əbədi baharı! Həyatın qızıl hərflərlə yazılan səhifəsi! Ah, xoşbəxtlik! İlahi, görəsən, o xoşbəxtlik indi haradadır?
-Səninlə başlayıb, səninlə də qurtarır, bunu bilməyə nə var!
Mən ömrümdə İngiltərə və Fransadakı kimi möcüzəyə çox ümid bəsləyən, Almanyada isə əksinə, buna inanmayan dövlət xadimləri görməmişəm.
Dünya böyük bir həvəslə özünü məhv etməyə hazırlaşır, ancaq boynuna almaq da istəmir.
Əgər əlindən bir iş gəlmirsə, niyə boş yerə özünü dəli eləyirsən?!
Taleyin ona bağışladığı bu bir neçə mərhəmət saatınağ göyrəçin kimi qanad çala-çala gəlib onu həyatın dəhşətli girdabından qopardı. Elə bunun özü də bir yalan idi, tale adama heç nə bağışlamazdı. Sadəcə olaraq, müvəqqəti möhlət idi. Əslində, hər şey möhlət deyildimi?
Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik.
İnsanlar niyyət eləməkdə ustadırlar, ancaq onu həyata keçirəndə zəif olurlar. Bizim bədbəxtliyimiz də elə bundadır.
Hökmranlıq dünyanın ən tez yoluxan xəstəliyidir.
Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuzda heç nəyi geri qaytarmaq olmaz. Yoxsa, hamımız müqəddəs olardıq. Həyat bizə kamillik bəxş eləməyib. Kamillərin yeri muzeydir.
Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir birimizdən yeyirik. Ancaq insanda, hərdən də olsa xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.
Günəşin bu daşürəklilərdən xoşu gəlmir, ona görə də onları unudur və axır nəticədə, belələri çox yaşayır.
Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir
Yayından çıxmış oxu saxlamaq olmaz. Kim tutmaq istəsə, ona dəyəcək! Yaxşısı budur, gözləyəsən, vaxtı çatanda itirdiklərini bir-bir axtarıb tapasan.
Şirlər dağ keçilərinin, hörümçək milçəklərin, tülkülər də toyuqların qənimidir. İndi de görüm hansı yeganə canlıdır ki, həmişə bir-birinin qənimi olur?
-Əlbəttə, “məhəbbət”,”yaxşılıq”, mərhəməy”kimi sözləri icad edən insan.
-Yaxşı, o, təbiətin hansı canlısıdır ki, özünü öldürə bilər və öldürər də?
-…insan
Ravik körpənin qıpqırmızı sifətinə xırdaca əllərinə baxdı.Biz bu dünyaya təbəssümlə gəlmirik! – deyə ürəyindən keçirtdi.Çağanı tibb bacısına verdi.Oğlan idi

-Kim bilir, hansı müharibə üçün dünyaya gəlib

Qarşılarında təxminən yeddi-səkkiz yaşlarında bir oğlan uşağı dayanmışdı.Stolların arasında çox vurnuxmuş, hərədən bir-iki söz eşidəndən sonra qayıdıb gəlmişdi. O:
-Niyə biz yəhudiyik?- deyə anasından soruşdu.
Qadın cavab vermədi.
Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz
-Səni başa düşə bilmirəm.Ancaq biz

-Yox!-Ravik tez onun sözünü kəsdi-O da olmaz! Deyirsən, dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!

Niyə mömin adamlar təsadüfi hallarda həqiqətpərəst olurlar, Ejeni? Ən yaxşı xasiyyətlər həyasız adamlara verilib, ən dözümləz adamlar isə idealpərəstlərdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir