Ahmed Cevad kitaplarından Seçilmiş Eserleri kitap alıntıları sizlerle…
Seçilmiş Eserleri Kitap Alıntıları
Səmadan bir mələk heyrətlə der: İnsanlar İnsanlar!
Nədir bu ruyi-ərzi qaplamış al qanlar?
İnsanlar!
sözlərini oxuyurdular.
Əyrilər hayqırdı, doğrular susdu!
Qoynunda yer vardır yıldıza, aya.
Oldun son onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl!
Zümrüd gözlərini görsünlor deyə,
Şamlar boy atmışdır, uzanmış göyə.
Keçmişdir onlara qəzəbin niyə,
Düşmüşlərdir səndən aralı, Göy göl?!
Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar.
Öpər yanağından qurbanlar otlar,
Ayrılıq könlünü qıralı, Göy göl!
Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?..
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, qoy olsun haralı, Göy göl!
Mənim də göz yaşım hicran məzarım olsun qoy!
– Tutan yoxdur əlimdən.
Bir kimsəni tanımıram, ayrılmışam elimdən.
Bilməzsən nə söylər, neylərdim sana!
Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!
Azərbaycan! Azərbaycan!
Çöldə bir karvanın qonduğu yerdə
Tutularaq bir qız bir adsız dərdə
Ağlarmış hər axşam, səhər, a dağlar!
Baldan şirin dilim var!
Nəğmə dolu ürəyim,
Şeir yazan əlim var!
Daş-qaş sənin, daş mənim.
Sənin olsun sevinc, şadlıq,
Gözündəki yaş mənim!
Üstündən sellər axsın!
Qəlbimi görmək istəyən,
Dönüb Göy gölə baxsın!
Bir özgə aləmim var.
Çoxunun malı, mülkü,
Mənim dəftər, qələmim var!
Gözəllər xalı neylər?
İstəyən yarım olsa,
Dünyanın malı neylər?
Sini halva tez göndər.
Əgər kağız tapmasan,
Yapraq üstə yaz, göndər.
Qoyuna verdim duzu.
Dövlətə susamayın,
Yigitə verin qızı.
Yorğa sürdüm, toz oldum.
Qız, yaylığın düşübən,
Mən götürdüm, söz oldu.
Saldın məni dərdə sən.
Bən səni çox sevirəm,
Göydə Allah, yerdə sən.
At gəzib, nalı düşdü.
Ölsəm yol üstə basdır,
Bəlkə yar yolu düşdü.
Yox bulud, gözəl ayaz.
Qurban olduğum Allah,
Sevəni sevənə yaz.
Çaynikdə çay oldumu?
Sizdən sual alıram
Bizə izin oldumu?
Haqq bizi yaradandır.
Qurban olduğum Allah,
Bu sevgi haradandır?
Üstə bülbüllər ötər.
Dərya qədər dərdim var,
Ona dərmanmı yetər?
Barlı budaq baş əyər.
Dünya namərd dünyadır.
Mərd, namərdə baş əyər.
Əlləri gəl-gəl eylər.
İki könül bir olsa,
Dağdan, daşdan yol eylər.
Anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin
“Haqq!” bağıran səsiyəm!
Bən şairəm, doğru, amma
Başqa dilim, diləyim!
Bu gördüyüm xərabədə
Nə nəşidə söyləyim?!
Toxundumu yazdıqlarım
Qəlbin incə telinə?
Bax, nə haqsız bir axın var
Yoxsulların elinə?!
Sən nə dersən bu sevdalı,
Həm bu dərdli gedişə?
Ey yarımın həsrətilə
Boynu bükük bənövşə!..
Bən qıyamam yar gəlirkən
Salladığım məndilə,
Ah, ey fələk, ağlar isəm
Göz yaşımı kim silə?..
Pək çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Neysan ağlar, bən ağlaram.
Baxın gözlərində nə var axşamlar!
Qəribin halını vətəndən əsən
Tanrının yelləri sorar axşamlar!
Qayıq qucağında, dəniz üzündə,
Dalğanın nəğməsi deyil gözündə.
Bir şeylər söyləyir, onun sözündə
Könül bir incəlik duyar axşamlar!
– Həp bənimçün vursun qəlbin ölüncə!..
Əcəb о yerlərdə “biz deyən” varmı?
Biz anmaqdan,söyləməkdən yorulduq,
Bir düşünən bizi, söyləyən varmı?
Bizdə qələmlərin düşüncəsində,
Yazılan sözlərin ən incəsində;
Qərib minarənin yanıq səsində
Yalnız “O” var bilməm, dinləyən varmı?
Hər kəs deyir ki, bənim könlüm nə dolğun, Bilən yoxmu Kim ə məftun olduğum?
“Bildim” deyib durdun, niyə gəlmədin?
Tükənməz eşqimlə səninki sandım.
Qəribsədim sənsiz “o” gündən bəri.
Şikayət olmasın, artıq “usandım!”
Bunlar şahin yuvası
Sev bu ıssız ormanları,
Bunlar ərlər obası!
Yetiş imdadıma, ey Dan ulduzu!
Barı sən gəl, mənə yuxu gəlmədi,
Yetiş fəryadıma, ey Dan ulduzu!
Qudurğan qasırğa, çarpaşıq yollar,
Yolumda zülmət var, uçurumlar var.
Yetiş ki, ömrümün karvanı ağlar,
Aman, gəl dadıma, ey Dan ulduzu!
Bu sönük ulduzlar məni aldadır,
Süzgün gözlərinlə gəl “onu” andır!
Gözlərim yolunda, üzüm haqdadır,
Aman, sən “yox” demə, ey Dan ulduzu!
Daşmısan, daşdanmı ruhun, ey müsəlman, bir utan?!
Zəhmətimdən mənə bir tikan qaldı.
Əmək çəkdim, gün keçirdim, gül əkdim, Əməyimdən solğun bir fidan qaldı!
Baxaq dilimizə, nələr görünür?
Oxuyub anlamaq yazmaqdan gücdür.
Yazan düşünmədən yazsa da belə,
Oxucu beş-on gün gərək düşünə:
Ki, anlasın bu söz ərəbmi, farsmı?
О ki, qaldı məna anlayan hanı.
Çoxları anlamaz millətdən, aydın,
Bircə parçasını şair yazanın.
Gün oldu şairlər, göyə çıxdılar,
Bu yazıq millətə ordan baxdılar.
“Od” etmədi, yağdı “atəş” başına,
“Siyah” qondardılar “qara” qaşına.
Alınır “dil”ləri “zəban” verilir,
İsmarlanıb “baran”, “yağmur” kəsilir.
“Ağ”ları “bəyaz”a, “sarı”sı “zərd”ə döndü.
Can dayanmaz bu ağır dərdə.
Dəyişdi hər şeyi, “bum” oldu “bayquş”,
“Əlbəsə” geyildi, “paltar” qaldı boş.
“Düzlüy”ün yerində bir “istiqamət”
Görərək, yeməli, zənn etdi millət.
Çalındı “qardaşı” gəldi “bəradər”,
“Bacı”nın yerində “həmşirə” gəzər.
Nədir bu qiyamət, nə işdəsiniz?
Ey bizim qocaman ədiblərimiz?
Yaxasından tutub bu “el oğlunu”
Fars ilə ərəbin bir “həmvətən”i
Şəklinə soxdunuz, baxınız sonra,
Oxunacaq lənət belə yazana!
Çırpınırkən, imdadıma yetişdin!
Fırtınalar ümidimi boğarkən
Xızrım oldun, fəryadıma yetişdin!
Dur dedim, durmadı gözümdə yaşa.
Desəydim dərdimi qəbirdə daşa,
О da dil-dil olub ötərdi, qızım!
Süzülüb bir daha gələ bilsəydin,
Barı bir dəfəlik gülə bilsəydin;
Ya da rahat-rahat ölə bilsəydin
Bütün qəmim, qüssəm itərdi, qızım!
Səsin düşsün dağlara!
Sən kimdən çəkinirsən?
Qız hara, susmaq hara?
Bitməz qüvvət var deyə,
Hazırdır bağışlayıb
Dadsız-dadsız gülməyə.
Bu yoxsul insanları
Qırdırdınmı bir kərə,
Qəhrəman olacaqsan,
Düşəcəksən dillərə.
Keçmişdə coşmayırdı
Məzlumun qanlı kini;
О zamanlar güc idi
Xalqın yeganə dini.
Ey çiçək, sevin, haydı!
– Ya batmayaydı Günəş,
Ya çiçək olmayaydı!..
– Bir də ki, bu həyatda
Günəşmi yalnız batan?
Az qaldı deyəcəkdim
Bütün həyat bir yalan!..
– Həyat yalan olsaydı,
Bir coşqun çiçəklər nə?..
Yox, bir günlük də olsa
Həyat həyatdır yenə!..
Bütün qəlbiqırıqlar.
Biçarə qəlbimi üzdü həyəcan.
Müxtəsər, könlümə neştərlər sancan
Hər qohum küsəyən, hər yad küsəyən!
Əqrəba küsəyən, övlad küsəyən!
Sevdaların sonu hicran olmasın!
Qurumasın gözəl üzdə tər danə,
Nə ağlasın bülbül, nə də pərvanə!
Əsdi yellər, gül yanağın soldusa;
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, bən ağlayım, gözəlim!
Uğurunda olmuş ikən sərsəri,
Bən öpmədən о qıvırcıq telləri;
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, bən ağlayım, gözəlim!
Olur pək pərişan dərd yaza-yaza
О çarpaşıq yolun yolçusuyam mən.
Qəm, kədər çəkənə gün nə gərəkdir?
Həqiqət sevənə xəyal nə lazım?
Nalə qoparana ün nə gərəkdir,
Qəm, kədər çəkənə gün nə gərəkdir?!
Axan göz yaşımı silən olmadı!
Cahanı güldürdüm, diləyimdə mən,
Özümün dərdimi bilən olmadı, –
Axan göz yaşımı silən olmadı.
Səni ömrüm boyu gözləyəcəyəm!
Sən bəni bircə yol səsləməsən də
Səni ömrüm boyu səsləyəcəyəm!
Sənin eşqinlə yaşayan könlüm?!
Sən keçən yolda görərək bir iz,
İzin üstündə ozana döndüm!
Göz yaşımı kimlər silər?
Balıq bilməz, xaliq bilər,
Gün cahandan ayrılmaz!
Yoxsa bəni sən anmısan?
Bu sulu bulaqdan içmərəm sənsiz!
Bakıp Türkün bayrağına!
“Ah!..” diyerdin, hiç ölmezdim
Düşe bilsem ayağına!
Ayrı düşmüş dost elinden,
Yıllar var ki, çarpar sinén!..
Vefalıdır geldi, giden,
Yol ver Türkün bayrağına!
İnciler dök, gel yoluna
Sırmalar serp sağ, soluna!
Fırtınalar dursun yana,
Selam Türkün bayrağına!
“Hemidiyye” о Türk kanı!
Hiç birinin bitmez şanı!
“Kazbek” olsun ilk kurbanı!
Heyran Türkün bayrağına!
Dost elinden esen yeller,
Bana şiir, selam söyler!
Olsun bizim bütün eller
Kurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!.
Sovyet döneminde Ahmet beyi vatan haini ilan etmek için eşinin itirafta bulunması istenir. Şükriyye hanım hayatı pahasına reddedince de kendisini sürgüne yollarlar. Sürgüne giderken yolda birçok kez sovyet ordusu askerleri tarafından tecavüze maruz kalan kadınları görünce kendisini korumak için akıl almaz yöntem bulur. Her gece elbisesini çıkarıp tuvaletin yerlerine sürer, sonra üstüne giyinirmiş. Böylece vücudundan gelen kötü koku sonucu askerler ona yaklaşmazmış. Namusunu, iffetini koruyan bu güzel kadın için yazılmış naif şiir
Bir gülsün, dermişim gençlik bağımdan,
Bir gülü, çiçeği deremem sensiz!
Kâm aldım ömrümün oğlan çağından,
Bir bağa, bahçeyr giremem sensiz!
Söyle aklındamı Çakva, Batumi?
Avladın gönlümü, çaldın ruhumu!
Kemana dönmüşdü kalbimin teli,
Huriyi, meleği göremem sensiz!
Ne çoktur dünyada kusursuz peri!
Gözüme görükmez daha hiç biri!
О altın saçları, ipek telleri
El atıp birini öremem sensiz!
Benden mutlu varmı dünyada, deyin?
Ey telli yavrusu Süleyman beyin!
Bahtım terlan imiş: yeyinden, yeyin! (hızlıdan hızlı)
Hiç kimseye bu bahtı veremem sensiz!
Seninle gezerim elden-ele ben,
Batarım, çıkarım selden-sele ben.
Düşsem de ağıza, dilden-dile ben,
Yaşaya bilemem bir kerem sensiz!
Sunatek göllerde yüzsen de bensiz,
Kuş olup göklerde süzsen de bensiz;
Sen Aslı kalsan da, dursan da bensiz,
Alışıp yanarım ben Kerem sensiz!
Şükriyye talihim, şükür Hudaya!
Gördüyüm doğrumu, yoksa pek rüya?!
Dolmuş yüreyime bu tatlı hülya,
Şirin günlerimi süremem sensiz!
Evet, bu sevdanın sefası çoktur,
Sevdasız hayatın manası yoktur!
Gözlerin yıldızdır, kirpiyin oktur,
Yürek kubar olur – can verem sensiz!..
Şiirimin sözüsün, sözün – ahengi!
Yüzünde ışıldar güllerin rengi!
Hayalin, cemalin güzel çelengi!
İlham yetim kalır, akıl – kem sensiz!
Gencenin askeri düzüm, düzümdü.
Bir emmi kızı var, iki gözümdü,
Ellere vermem, ben özüm allam,
Şirin gadasını canıma sallam!
Âşık şiirinden
Genceden gelirim, yüküm hurmadı,
Gencenin yolları burma, burmadı.
Gencede bir kız var, teli turnadı,
Güneşe sen çıkma, ben çıkayım diyor!
Genceden gelirim, yüküm çiçekdi,
Gencenin gülleri taçyapraktı.
Gencede bir kız var, adı Çiçekdi,
Kuşlara sen uçma, ben uçayım diyor!
Genceden gelirim, malım ne maldı,
Genceden aldığım ipekdi, şaldı.
Gencede bir kız var, adı Maraldı,
Ceylana sen koşma, ben koşayım diyor!
Genceden gelirim, yüküm kınadı,
Gönlüm deli kuşu ona kona(y)dı.
Gencede bir kız var, adı Sunadı,
Sulara sen akma, ben akayım diyor!
Genceden gelirim, söze bend olub
Gencenin meyvesi şeker, gend olub
Gencede bir kıza gözüm bend olub,
Cevata sen bakma, ben bakayım diyor!
Uçup oba-oba ellerde gezer.
Gönlüm Mecnun gibi çöllerde gezer,
O benim şarkımdır, o benim bestem,
Ben şiir aşığı, ben sözperestim!
Cananın sînesi bembeyaz, ak ola,
Aşkı bulutlarda, keyfi çağ ola!
Derdi nazü-gamze, canı sağ ola,
Ben çoktan sarhoşum, ben çoktan mestim,
Güzellik vurgunu, güzelperestim!
Bir resim çizmişim, dünyada tekdi,
Canlanıp ilk dağı göğsüme çekdi.
Burdan gelib geçen o kız melekdi,
Ben söz avcısıyım, sohbetperestim!
Ben yüz delisiyim, suretperestim!
Benim gördüğümü, Vagif görmemiş,
Benim ördüyümü, Vagif örmemiş.
Benim derdiyimi, Vagif dermemiş,
İnci sarrafıyım, nakışperestim!
Ben göz hastasıyım, bakışperestim!
Kim diyor “düz yürür”, “eğilmezim ben
Dosta dost, yada yad “deyilmezim ben”
Demem, polatım, “yiyilmezim ben”;
Yarin karşısında lalim, topalım,
Muhabbet esiri, sevgiperestim!
Sinemde yer tutmuş güzeller bir-bir,
Sinemde bağ salmış, gezerler bir-bir
Sinemi ayaklar, ezerler bir-bir,
Çınarım, meşeyim, serv gibi şerefliyim,
Aşığım, maşukla sevdaperestim!
Ömrümü etmişim bu yolda feda,
Bırak gelsin onlardan canıma gada!
Neyleyim birisi yermiyor imdada;
Kendime düşmanım, kendime kastım,
Leylisiz Mecnunum, Leyliperestim!
Onun dudağında gülüş görürüm,
Onun gözlerinde öpüş görürüm.
Onun yürüşünde görüş görürüm;
Onların önünde acizim, pestim,
Gülüş, öpüş, görüş, duruşperestim!
Bir güzel sevmiştim altı yaşımdan
Siması gitmemiş henüz başımdan!
O benden utandı, ben göz yaşımdan
Fars demiş, ezelden “nistim ki, nistim”!
Ben ürkek, ben deli ceylanperestim!
Sevgi ışığında gözüm kamaşır,
Hayalim titrer, fikrim dolaşır.
Tanrım, o güzele Cevat yakışır;
Bu ilahi ziya, kudretperestim!
Güzel yüz, güzel göz, suretperestim!!
SURETPERESTİM!!!
Bir özgə aləmim var.
Çoxunun malı, mülkü,
Mənim dəftər, qələmim var
Tellərini hörmüşdüm!
Bu sevincli zamanların
Röyasını görmüşdüm!
..
Soranlara, bən bu yurdun
Anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin
“Haqq!” bağıran səsiyəm!
İngilislərin Bakıya galişindan
sonra birinci dəfə Bakıya getdiyim
vaxt – 10 aprel 1919-da parlament
binası üzərində dalğalanan milli
bayrağa söylənilmişdir.
Ə. Cavad
Türküstan yelləri öpüb alnını
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən
Ərmağan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən Dövlət quşu, qondu başıma!
İzn ver gözümdo coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Qayi xan soyundan. aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgı,
Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, о gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
1919, aprel
Belə gündə bayram etmə!
Quran mənə yol göstərir:
Yoxsulları məyus etmə!..
Ruhum müdhiş bir qaranlıq içində
Çırpınırkən, imdadıma yetişdin!
Fırtmalar ümidimi boğarkən
Xızrım oldun, fəryadıma yetişdin!
..
Azmışdım yolumu, qarşımda ölüm
Yaslara batmışdı gülüm , bülbülüm.
Ölmüşkən əməlim, solmuşkən gülüm
Gözlərinlə sən dadıma yetişdin!
8 noyabr, 1913
Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!
Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
İşıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!
Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu – pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!
Dərbənd, 3 may, 1920
Pək çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Neysan ağlar, bən ağlaram.
Düşdüm çorluq biyabana,
Sığınamam bir insana.
Gözəl mayıs, ümid sana,
Hər yan ağlar, bən ağlaram!
Bax dumana dağ başında,
Dərdə düşmüş gül yaşında.
Coşmuş gözlər, yaz başında
Duman ağlar, bən ağlaram!
Sənsiz bir gül, ya bir şeir
Nerdən bəni məmnun edir!
Sorsa bir kəs dərdin nədir?
Soran ağlar, bən ağlaram!
Açmazmı gül sağda, solda?
Görünməzmi bəyaz alda?
Sənsiz böylə, yarı yolda
Qalan ağlar, bən ağlaram!
Olmadan axşam əzanı
Yola çıxart yol azanı!
Kəsmiş yolu dərd tufanı,
Karvan ağlar, bən ağlaram!
Səccadəyə alın sürtən,
Birlikdə bir cənnət görən:
Haqq yolunda Xəlil verən,
Qurban ağlar, bən ağlaram!
Boş çıxarsa bunca əmək,
Babalarca bu nə demək?
Qədərmidir, yoxsa fələk,
Duyan ağlar, bən ağlaram!
Xoş hər mayıs batmaz yasa,
Hər zamanmı bana taza?!
O gün də bir gün olmasa,
Vicdan ağlar, bən ağlaram!
Dumanlı dağlara səs salacaqdır
Ağlatdığım teldə inləyən avaz
Elin xatirində çox qalacaqdır
Dağıstan dağları qibtə eylədi!
Baxdım ki, sarayın viran tağına
Sən gəlirsən, şən oluram! söylədi