Vaqif Səmədoğlu kitaplarından Sandıq Şeirləri kitap alıntıları sizlerle…
Sandıq Şeirləri Kitap Alıntıları
Yaşayanda
İkisi də qapalı
döyüldü
mənim də qapım.
Açdım.
Yenə Ayrılıq
Bu yağış
yağış deyilmiş,
göydən
yerə qayıdan
dualarmış
bu gecə?
Gözlərində bir yalqız məzarın
kimsəsizliyi var.
Yum gözlərini,
gözlərinə baş çəkim,
bir dəstə gül qoyum gözlərinə
təkcə özün yox,
mən də özümü üzürəm,
təkcə sözün yox
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?..
Harada, kiminlə mən tək qalardım,
Başqa bir yalqızın sığınmağıyçün
Yəqin ki, həm dünya, həm sən olardım
səsinin mehi.
İlahi,
içində nə təmiz
hava varıymış
kilsələrində
neçə milyard şam yanır
hər gün?
Amma yenə
hər yan qaranlıq
kimdir bu dünyada?
Sənmi?
Mənmi?
Başqa bir kəsi
sala bilmirəm yada
Bəlkə o yalçın qaya?
Yox,
bu dünyanın ən yorğunu
elə bu dünyadır, bu dünya
boş yer varmı?
Varsa,
izn ver, görünüm,
gözlərinin
qarasına bürünüm
Sənə, İlahi!
Boş vaxtın olsa,
yolun düşsə bu yana,
heç olmasa ayaqüstü
bir baş çək Azərbaycana
döyüldü
mənim də qapım.
Açdım.
Yenə Ayrılıq
bu gecə?
Gözlərində bir yalqız məzarın
kimsəsizliyi var.
Yum gözlərini,
gözlərinə baş çəkim,
bir dəstə gül qoyum gözlərinə
Sən var idin.
Mən var idim?
Yadındamı?
Mən var idim.
Sən var idin?
Yadındamı,
biz var idik?
Biz var idik,
yadındamı?
Olarmı mən də görünüm?
Çox qalmaram yaşa dönüb,
Sol yanağınla sürünüm?
Saçlarında boş yer varmı?
Olarmı mən də hörülüm?
Darağının dişlərinə
Keçib, öz xoşumla ölüm?
bu mənim
özünə yer tapa bilməyən
ölkəm
Bakıya gedən qatarın
vaqonlar arası get-gəlində əridi,
Bakı vağzalında gözlərini unutdum,
taksiyə minərkən dodaqlarını.
Evimizin astanasında sağ əlin,
Otağımda sol əlin yox oldu
Lakin
o siqaret tüstüsünü,
stula atdığın
sarı paltarın əziyini,
bir-birimizə dediyimiz
özgənin anlamayacağı sözləri,
o sözlərin səssiz qüssəsini
unuda bilmirəm,
unuda bilmirəm
baxmaq istəyirəm
dünya dediyimiz şeyə,
dünyadan
şeir arxasında gizləndiyim kimi
Dualar boşa gedir?
Göylə bulud, yerlə o qız,
Dualar qoşa gedir.
Olarmı mən də hörülüm?
Darağının dişlərinə
Keçib, öz xoşumla ölüm?
Nədənsə indi bumbuz,
Gecələr başım üstə
Nə ay yanır , nə ulduz,
Nədənsə bu xoş baharda
Sarı yarpaqlar açır
Söykəndiyim ağaclar.
Sən gələndə
Çiçəklər açılardı,
Sən gələndə
Daşlar da gül açardı,
Sən gələndə
kədər məndən qaçardı
Bu yerdən apar məni,
Ölüm köksümü döyür,
Qorxuram açar məni
İçim qara gecədir.
Səkisiz dar küçədir.
Qağayı, dəniz üstdə
Söylə, saat neçədir?
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa
Dərəsi var, deyiblər.
Ölümdən başqa hər dərdin,
Çarəsi var, deyiblər
Bəlkə də hər uca dağın
Zirvəsi dərəsidir,
Bəlkə də ölümün özü
Hər dərdin çarəsidir
dünyada yoxsul ayaqqabısı olmasa.
Günəş yaxşı şeydir,
altında kimsəsiz meyit olmasa.
Sudan yaxşı nə var ki?
Ölkədən ölkəyə sərhəd,
həyatdan bezənə
gedim yolu olmasa.
Dünya yaxşı şeydir,
müharibəsi, nadanlığı,
bir də
standart evləri olmasa
Məni sabah erkən
hökmən yuxudan oyat.
Ölməyə qoyma.
Ölsəm,
yadımdan çıxar;
Səni sevib,
Səndən şeirlər yazmağım
***
Abırlı adamların
ayağı dəyməyən
bir kafedə
sevişirəm təkliyimlə,
gücü verirəm yalqızlığa
o zəhrimar dediyimizlə.
Burda, bu kafedə
üzüqoylu yıxılmaq olur
xatirələrə.
Burda ağlaya bilirsən
bir göz qırpımında
***
Yenə səndən
qar yağır.
Sinəndən yenə sazaq dolu
şaxtalı sözlər,
qırovlu ahlar,
buz bağlamış
gülüşlər çıxır.
Ölüm qat-qat istidir səndən
***
Pərvanələr azalıb
Abşeron çıraqlarında.
Bakı bağlarında
keçmişdən
yoxdur əsər-əlamət.
Uşaqlığım qələt eləyir, qələt.
Burdan
baş aça bilməzdi uşaqlığım.
Burda
qaça bilməzdi uşaqlığım
***
Hardasa uzaq bir planetdə,
Bir isti daş üstündə
Bir qəribə heyvan uzanıb,
Mürgü vurur.
Heç nə düşünmür,
Heç vaxt üşümür
***
Dünya bilsə,
içimdə gizlənən
arzular nədir,
ümidlər nədir,
onda
vay canım,
onda
hayıf sənə Azərbaycanım
İtənlər içində itən olmuşam.
Dünyaya borc sanıb, qaytarma məni,
Gedənlər getməzdən gedən olmuşam
Zevin küçəsi
qurtaran kimi
dəniz başlandı
Rəngi rəngsiz,
Üfüqü üfüqsüz
Dənizin rəngsizliyiylə,
üfüqün üfüqsüzlüyüylə
uzandı arzularım,
addımsız,
kimsəsiz
koridorlar tək
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa
yada sal məni,
heç olmasa
bir səkidən
o birisinə keçərkən.
Qoy üstünə gələn
bir avtonun səsi
unutdursun məni yenə.
Mən də yaddaşından çıxıb,
lənət deyim
siqnal səsinə
Qürubun gözünə yenə qan dolub..
Qışın buz çağında gələndə bahar,
Qorxudan qar üstə çiçəklər açar.
yarpaq-yarpaq saralıb
ömrümün atamla getmiş çağları
Bilirəm
o düşən yerdə qurtarıb
ömrümün ən əziz dayanacaqları
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?..
Bu dünya, bir də sən olmasaydınız,
Harada, kiminlə mən tək qalardım,
Başqa bir yalqızın sığınmağıyçün
Yəqin ki, həm dünya, həm sən olardım
Çox genəldik , daral, yolum,
Sevinc bizi daşa vurdu,
Sevinc qəsdimizə durdu.
Daral, yolum, gedə bilək,
Gedə-gedə itə bilək,
Sağ-salamat adam kimi,
Göz yaşına yetə bilək.
Yoxsa sevinc çatar bizə,
Quru diş tək batar bizə,
Ömrün-günün yalanını
Şeirə büküb, atar bizə.
Gedək, mənim oğul yolum,
Sola-sağa burul, yolum,
Salıb məni dolaylara,
Öz-özünlə boğul, yolum
çiçəklərin, otların arasından süzülər.
Vaxt dəyişər
sarmaşıqlı gecələrdə Ay çıxanda.
Beşikdə, nənnidə öz gözünlə görərsən
mışıl-mışıl yatan nənələri, babaları.
Çiçəklər, otlar arasından süzülən
Ay işığında lay-lay deyə bilərsən
körpə olmuş anana.
Nə keçmişdə, nə indidə, nə gələcəkdə
sayrışar ulduzlar sarmaşıqlı gecələrdə.
Olan və olacaq
qucaqlaşan yerə düşər Ay işığı.
Ölən və öləcək birləşən yerə
qaranlıq çöksə yaxşıdır.
Mənim yüzlərlə şam içində
sönən tənha şama
yazığım gəlir.
Hər insan o tənha şamdır
batan bir qayığın fəryadı dolar.
Bir gün axşam üstü mənim evimdə
bir lampa da sönər işıq içində.
Bir gün axşam üstü yağış suyundan
qalan gölməçədən dəniz səsi çıxar.
Və bir qayıq batar yağış gölməçəsində.
Fəryadla..
İndi Bakı
yer üzünün
ən nəm, ən uzaq
yad yeridir mənimçün
Düzəldi də,
pozuldu da.
Yarımçıq qaldı
özü də,
özü kimi sözü də.
Bu da göy üzü
Dərəsi var, deyiblər.
Ölümdən başqa hər dərdin,
Çarəsi var, deyiblər
Bəlkə də hər uca dağın
Zirvəsi dərəsidir,
Bəlkə də ölümün özü
Hər dərdin çarəsidir
səsinin mehi.
İlahi,
içində nə təmiz
hava varıymış
kilsələrində
neçə milyard şam yanır
hər gün?
Amma yenə
hər yan qaranlıq
yada sal məni,
heç olmasa
bir səkidən
o birisinə keçərkən.
Qoy üstünə gələn
bir avtonun səsi
unutdursun məni yenə.
Mən də yaddaşından çıxıb,
lənət deyim
siqnal səsinə
Bu səhər
Günəş doğdu doğudan,
səs-səsə verib,
eyvanda cibbildəşdi sərçələr.
Uşaqlığım düşdü yadıma,
bir də ağ şanı gilələri.
Dəniz qırağında
üzüm yeyən
arıq, yekəbaş
bir oğlan uşağı
Həzin-həzin payız bağına dönüm,
Şığıyan qatardan görünən ev tək,
Uzaqda görünüm, uzaqda sönüm
Dünya qoymur divarlardan ayrılıb,
Ağac kölgəsiylə oturub-durum,
Bir süfrə başında otla, çiçəklə,
Bir az Günəş yeyim, bir az Ay vurum.
Dünya qoymur buludların köçünə
Qoşulub, ən ucqar yaylağa gedim,
Ömür səhrasının lap o başından
Ölüm yellədiyi yaylığa gedim
Mən çıxdım qabağına,
Lənət şair cinsinin
Qarasına, ağına.
Bu gün səni əzizlər,
Tutub basar bağrına,
Sabah özünə ağlar,
Yanmaz sənin ağrına.
Üç fəsil evdən çıxmaz,
Qışı qatar bahara,
Birdən göylərə qalxıb,
Qoşular durnalara.
Uçar ana torpağa,
Göydən ağlamaq üçün,
Yüngülləşib, özünü
Göydə saxlamaq üçün.
Ancaq bezər göydən də,
Sıxılar genişlikdən,
Şeirin sözləri çıxar
Hər küncdən, hər deşikdən.
Enər şeir yazmağa,
Göz qabağında yanar.
Yarım, sənin gözündə
Yenə də aləm donar
Bayquş uçuşu kimi,
Yer üzündə ən sakit
Dəlinin huşu kimi
Gündüz gün işığından,
Gecə ulduzlardan qaç,
Qəlbinin qapısını
Yalnız yalqızlığa aç
Səni düşündürməsin
Sabah nə olacağı,
Kimlərin öləcəyi,
Kimlərin qalacağı
Sev, sevil, ancaq çalış,
Lap yavaş çıxsın səsin,
Bir də vətən sevgisini
Azərbaycan bilməsin
o bir yalqız köpəkdir,
qəribsəmiş bir ürəkdir,
ulayır özü üçün.
Bəlkə nədənsə darıxıb,
bəlkə nədənsə karıxıb,
səsiylə səndən çox
üzür özünü,
ulamaqla, deyir bədbaxt sözünü
Gecədir, gecə,
özü də necə!
Ay arıq, ulduzlar nazənin,
ürəyi üzülür ürək üzənin.
Danlama onu, danlama
buraxma
illər uzunu
köksümün qəfəsində
saxladığın
bu intihar quşunu!
Quş da deyil, İlahi,
quşcuğazdır, oxuyur.
Qoy oxusun özü üçün
O səkidən bu səkiyə
keçən qızda
bir cüt ala göz gözəlmiş
Beyin gen düşür ürəkdən,
andlar ayrılır çörəkdən.
Zor iş imiş
ömür sürmək bilərəkdən.
Bizi vuran hansı əlmiş?
Bu yer, bu yurd,
bu dil, bu din bir əcəlmiş
Bir sifətdə min yönü,
Üfüqlərin sonsuzluğu,
Sonsuzluğun düyünü..
Hər an çıxmaq arzusuyla
Əbədisən an içində,
Əbədisən dövr eləyən,
Laxtalanan qan içində
Günün daima bu gündür,
Sabahın yox, dünənin yox,
Nə bir irəli gedənin,
Nə də geri dönənin yox
Qapı hardan bağlanırsa,
Üz olur arxası, önü,
Üfüqlərin sonsuzluğu,
Sonsuzluğun düyünü
ətəkləriniz,
yamaclarınız ağarır,
dağlar!
Mənsə
sizə güvənirdim
kimdir bu dünyada?
Sənmi?
Mənmi?
Başqa bir kəsi
sala bilmirəm yada
Bəlkə o yalçın qaya?
Yox,
bu dünyanın ən yorğunu
elə bu dünyadır, bu dünya
Belə düz yol
olmamalıdır yer üzündə.
Dönmək arzusundan
dönməməlidir insan.
Hərdən hətta burulmalısan
doğru yoldan,
bu yolda lap gülləylə vurulmalısan.
Amma mütləq dönməlisən!
Ya sağa – eşqə aparan bir dalan,
Ya sola – bir şirin yalan
Bir uzun yol,
bir daşlı-kəsəkli yol,
bir atdan nal tökən,
quşdan qanad salan yol.
Bir yol ki,
sağı üfüq, solu üfüq,
altı torpaq, üstü göy
Qarşımda boyun əymədi.
Sevincin böyründən ötdüm,
Çiynim də ona dəymədi.
Görən sabah nə olacaq?
Nə olursa, olan olsun,
Gündüz Günəş, gecəsə Ay,
Lap dəniz də yalan olsun.
Heyranlıq kar olub daha,
Marağın tutulub gözü,
Çat vermərəm göy üzündən,
Yoxam desə Allah özü
axıb, gedir ömür.
Nə barmaqlar səninmiş,
nə ömür sənin
Ovcumda narın qum,
barmaqlarımın arasından
süzülür yerə.
Əlvida,
birrəngli
ağ və qara günlərim
üfüq boyu,
ömrüm boyu,
hələ görməmişdim belə şey.
Gözləri
sahil uzunu,
ügüq uzunu,
ömrüm uzunu
–Döyülmədi axı.
–Aç, sən eşitməzsən,
ölüm şeirləri gəlıb
Mən yazacağam onları,
yoxsa özləri yazılacaq?
Dayan, Nüşabə,
özüm açım qapını
bu gecə kim görür görən?
O bulud
sənə bənzəyirdi,
küləklə dağılıb mənə döndü.
Narın,
isti qumun üstüylə gedirik.
Mən və köpəyim Topaş.
İkimiz də ayağıyalın
sənə deməyə
daha sözüm qalmayıb?
Üzündə təbəssümünü görməyə
gözüm qalmayıb?
Bu sən, bu mən,
bu torpaq.
Elə bilirsən
qarşında çökməyə
dizim qalmayıb?
O, bizdən yazıq gedərsə,
Yolunu azıb gedərsə,
Mənə nə?
Sənə nə?
Bizə nə?
Torpağa qan hoparsa,
Torpaq yerdən qoparsa,
Yeri yellər aparsa,
Mənə nə?
Sənə nə?
Bizə nə?
O, bura gəlib güləcəksə,
Ordan bizi güdəcəksə,
Gəlib-gedib itəcəksə,
Mənə nə?
Sənə nə?
Bizə nə?..
Ay sarılıq tutub,
Kainat xəstə yatıb
Bilmirsən neyləyəsən?
Əlindən nə gələr?
Kimsən sən?
olanından-qalanından
Və bir çimdik də olsa, bakirəlik,
olanından-qalanından
Və ağıl,
olanından-qalanından
yuxuda Günəş
görünsə, alışsa,
pis olmaz yenə.
“Donuram”, – deyənə,
baxtın söyənə,
heç olmasa, bir az
yuxu olsa da,
başının üstündə Günəş gərəkdir,
kömək olmasa da
bir az dirəkdir.
Bu soyuq dünyaya
isti yuxudan
çıxanın ümüdü buz da bağlamaz.
Qışı yada salıb,
yaz da ağlamaz
bu evlər, küçələr deyilmiş sözdür
Yaralı buluddan yağan yağışlar,
günah yumasa da bir az bağışlar.
Bəlkə bizdən bir az yan keçər bu gün
həyalı söyüşlər, doğma qarğışlar?
Və quşlar,
və quşlar qəfəsə vurğun,
İlahi, çox sağ ol,
yenə də heysizəm, yenə də yorğun
Nəfəs deyim, ah deyim?
Çıxar xaçı sinəndən,
Mən bir bismillah deyim
Əllərim bekar qalıb,
Saçlarını bəri ver,
Dodaqlarım sıyrılıb,
Sinən üstən dəri ver
Burnumdan əsirgəmə,
Duyacağım son ətri,
Bir eşq boyu yubansın,
Son şeirimin son sətri
Günahkar ilk kral, birinci padşahdı,
bəlkə Kirdi, bəlkə Yuli Sezardı,
bəlkə yeyib – içib, yatandı?
Ya da torpağa ilk dən atandı?..
Mal var qaradı, mal var vicdana yaradı.
Bir soruşan yoxdur: Bu dünya haradı?
Nəyin arxasında, kimin qabağında,
Nəyin solunda, kimin sağında?
Neçə min il yaşamaq olar ölüm ayağında?..
Ölüb gedən şeirlərin qurbanı,
Bu karvanın qurban kəsilən səsi,
Sənə qurban olum, duman yiyəsi
İki gözüm göy üzünə baxıbdır,
Göy üzünə iki Günəş çıxıbdır,
Biri karvan, biri qurban üstündə,
Biri yarımçıqda, biri bütündə
Yorulmayan bir küləyin səsini,
Yer üzünün qarğışını, nəsini,
Batır zilə qalxan səsin pəsini,
Sənə qurban olum, duman yiyəsi
mənsə on birinci yerdə çay içəcəyəm,
quyruğunu açmış bir tovuz quşunun
impressionizminə heyrətlə baxa-baxa.
Və beynimin içində unudulmuş
hansısa bir kimsəsiz məzarın
üstünü təmizləyib, yerə düşmüş
baş daşını qaldıracağam.
Və dəyişəcəyəm öz yerimi,
sən duran yerlərdən görünməyim deyə
Niyə dönüb
mənə baxdın?
Sən mənə baxan an
bir quş qalxdı o ağacdan,
uçub getdi harasa.
Bir quş yolu görə bilərdin bu gün,
dipdiri bir quş yolu,
mənə baxıb, üz -gözümdə
dünən vurulmuş quşları görməsəydin