İçeriğe geç

Qətl Günü Kitap Alıntıları – Yusif Səmədoğlu

Yusif Səmədoğlu kitaplarından Qətl Günü kitap alıntıları sizlerle…

Qətl Günü Kitap Alıntıları

İnsanın əlindən hər şeyi almaq mümkündür, amma tənhalıq hüququnu onun əlindən alanda o, əksər hallarda qəfəsə düşmüş quş kimi çapalayıb qalır: çünki səmanı görür, havanı duyur və sevinib, qanad çalıb uçmaq istəyir, amma nə illah eləyirsə, qəfəsin darlığından qurtula bilmir.
Yenə gözlərini yumdu, kirpikləri divara qonmuş, gur lampa işığından qorxuya düşmüş kəpənək qanadları kimi titrəyirdi.
Və birdən Mahmudun ağlına bir fikir gəldi: adamları bir-birinə bağlayan dərddir. Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir
Dünyada görəsən can rahatlığından yaxşı şey ola bilərmi?
Hansı axmaq deyib ki, kişi ağlamaz!
Kimdirsə, yaman deyib, atalar sözünə oxşayır: azar batmanla gələr, misqalla çıxar.
Yuxunuz şirin olsun, ölülər!
Hansı axmaq deyib ki, kişi ağlamaz!
Və bir də hardasa gözləri açıq qalmış bir şairin, hardasa gün işığına çıxmış bir əlyazmasından yarımçıq bir misrasını, qara buludlar üzərində parıldaşan ulduzların gümüşü işığına qovuşdurdu: Əcəldən möhlət istədim, möhlətimi əsirgədi :
Çünki heç bir şeyi insan həmişəlik unutmur,çünki xatirənin öz vədəsi var; vaxtı gələndə beynin bütün kilidli qapıları öz-özünə açılacaq. Amma gərək bu xatirələrin qabağında davam gətirə biləsən. Xatirələr üstünə gələndə, kilidli qapılardan biri açılıb,boğazından içinə qaynar qurğuşum töküləndə, ürəyinə də damcı-damcı ağrı axanda gərək ya fit çalıb,göz vurub özünü səfehliyə qoyasan, ya əllərini qaldırıb təslim olasam. Başqa yol yoxdur. Çünki keçmiş həmişə pusqudadır,fürsət düşən kimi tətiyi çəkir. Vay o gündən ki, güllə səni tuta.
Doğrudan, insana xoşbəxt olmaqdan ötrü çox şey lazım deyilmiş: bircə anlıq səadətin səhər yeli kimi ilıq təmasından başqa görəsən, insana nə lazımdır? Heç bir şey. Ürək sıxan,qan qaraldan hadisələr isə bu səadətin işığında uzanıb-qısalan kölgələrdən savayı bir şey deyil, gərək bu kölgələrə fikir verməyəsən, gərək onları vecinə almayasan, fikir versən,vecinə alsan, elə kölgənin özünə büdrəyib yıxıla bilərsən: badalar vurmaqda kölgənin bu dünyada tayı-bərabəri yoxdur
İnsan gərək həmişə ümidin ətəyindən yapışsın, həmişə sabahı, gələcəyi düşünsün,dünənlə , keçmişlə yaşamaq adama baha başa oturur, çünki insanın ancaq bu günü və gələcəyi var,insanın keçmişi yoxdur: vaxt durmadan, nəfəs dərmədən yalnız qabağa axır,insan isə özünü həmişə, hansı şəraitdə olursa olsun, sağlıqda da, xəstəlikdə də ancaq zamanın birsəmtli axarına tabe etməlidir.
Müharibə illərində qar da indikindən çox yağırdı
İnsanın əlindən hər şeyi almaq mümkündür, amma tənhalıq hüququnu onun əlindən alanda o, əksər hallarda qəfəsə düşmüş quş kimi çabalayıb qalır: çünki səmanı görür, havanı duyur qanad çalıb, uçmaq istəyir. Amma nə illah edirsə qəfəsin darlığından qurtula bilmir.
O tək qalmaq istədi, tək-tənha. Ona elə gəldi ki indi tək qala bilsəydi, yəni belə bir möcüzə baş versəydi əgər, o bəlkə də bununla çox-çox sualların cavabını tapacaqdı
O vaxt bəlkə də heç kəs tək qalmaq istəmirdi, çünki o vaxt müharibə gedirdi və o vaxtın bütün gündüzləri və bütün gecələri soyuq olurdu, küləkli olurdu: Müharibə illərinin yazı, yayı xəstənin yadına gəlmirdi.
Sonra mən onu gördüm. On-on beş addın məndən aralıda, işığı keçirilmiş bağlı su budkasının yanında dayanıb mənə baxırdı. Bilmirəm niyə, amma onu görən kimi nə sənətinin sahibi olduğunu o dəqiqə başa düştüm.
Eğer yaşanmakta olana başkaldırıyorsanız ve gençseniz, yaşadığınız her ne olursa olsun serüvendir.
Doğrudan, insana xoşbəxt olmaqdan ötrü çox şey lazım deyilmiş: Bircə anlıq səadətin səhər yeli kimi ilıq təmasından başqa, görəsən insana nə lazımdır? Heç bir şey.
Gündəlik yazanlara hərdən paxıllığım tutur.Amma əslində bunun heç bir əhəmiyyəti yoxdur. Çünki heç bir şeyi insan həmişəlik unutmur , çünki hər xatirənin bir vədəsi var: Vaxtı gələndə beynin bütün kilidli qapıları öz-özünə açılacaq. Ama gərək bu xatirələrin qabağında dəvam gətirə biləsən.
Görürsən ki, günlərin birində, səhər yuxudan oyanan kimi, səbəbsiz-filansız uşaqlığından və ya cavanlığının bir məqamı, bir əhvalatı yadına düşür. Tamam unuttuğun, illərin qaranlığından qopub ərimiş bir hadisəni, bir baxışı, bir səsi, bir sözü dəqiq və aydın xatırlayırsan.
Amma mən boynuma alıram ki, yuxulara əvvəllər də inanırdım, indi də inanıram, – hərçənd etiraf etməliyəm, əvvəllər daha çox inanırdım – çünki əvvəllər ümidlərim də çoxdu. Ümidlə yuxu isə siam ekizləridir- biri öləndə, o biri yaşamır
Yəni bu arxayınçılıq həmişə şadlıq, ürək xoşluğu demək deyildi. Arxayınçılıq onun zənnincə, nəyinsə sonu idi, nəyinsə hüdudu idi. Hər şeyin dünyada sonu, hüdudu olduğu kimi, adama ürək ağrısı, şaşqınlıq gətirən əhvalatların da axır mərhələdə bir sonu olurdu
Ah, ey zalım qocalıq! Nə adam kimi qoyur yaşayasan, nə də vaxtında bir ucuz ölüm yetirir ki, birdəfəlik bu dünyanın şirinindən, acısından canını qurtarasan
Devletler, kontrollerine aldıkları muhalefet hareketlerini, ayaklanmaları ya da devrimleri, dışında kaldıklarından daha kolay engeller.
Dərd də azar kimidi, gələndə batmanla gəlir
Bilin və agah olun! Nə qədər ki bəşər övladının qarnında qorxu ağrısı var, ürəyində şöhrət azarı, bir gündə 100 şair başı kəsilsə də, heç kəs və heç bir zaman hökmdarın üzünə ağ ola bilməz!
İnsana əsl xoşbəxtlik üçün düz deyiblər ki, əksər hallarda elə bir fövqəladə şey lazım olmur. bir dənə yaxşı siqaret, görürsən ki, bütün ovqatını dəyişdi, sərin külək əsib burnunu dağıtdığı kimi, qanıqaralağını, əsəbi gərginliyini yox elədi..
Əgər insan istədiyi vaxt tək qala bilsəydi, yəqin ömrünü uzadacaq o qədər şeylər eləyərdi ki!..
Hərdən mənə elə gəlir ki, Allah bizə beş ömür versəydi də, ədalət uğrunda mübarizəyə bəs eləməzdi
Dünyada böyük möcüzələr olmur, amma bəzi xoşbəxt adamların, daha doğrusu, xoşbəxt yox, qayğısız, laübalı adamların başına hərdən kiçik möcüzələr gəlir..
– Sizin evinizi bilirsən nə yıxacaq? Hə?
– Nə bilim, vallah!
– Arvadlar və hər gün radioda, televizorda çalınan diringələr! Bir belə, vallah, billah, diringəyə qulaq asmaq olmaz, nə qədər adam qulağı ay mənim canım, ay mənim filanım eşidə bilər..?
Heç bir şeyi insan həmişəlik unutmur, çünki xatirənin öz vədəsi var: vaxtı gələndə beynin bütün kilidli qapıları öz-özünə açılacaq. Amma gərəj bu xatirələrin qabağında davam gətirə biləsən. Xatirələr üstünə gələndə, kilidli qapılardan biri açılıb, boğazımdan içinə qaynar qurğuşun töküləndə, ürəyinə də damcı-damcı ağrı axanda, gərək ya fit çalıb, göz vurub özünü safehliyə qoyasan, ya əllərini qaldırıb təslim olasan. Başqa yol yoxdur. Çünki keçmiş həmişə pusqudadır, fürsət düşən kimi tətiyi çəkir. Vay o gündən ki, güllə səni tapa.
Arxayınçılıq, onun zənnincə, nəyinsə sonu idi, nəyinsə hüdudu idi. Hər şeyin dünyada sonu, hüdudu olduğu kimi, adama ürək ağrısı, şaşqınlıq gətirən əhvalatların da axır mərhələdə bir sonu olurdu, bir hüdudu olurdu..
Adamları bir-birinə bağlayan dərddir. Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir .
Devletler, kontrollerine aldıkları muhalefet hareketlerini, ayaklanmaları ya da devrimleri, dışında kaldıklarından daha kolay engeller.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir