İçeriğe geç

Birinci Addım Kitap Alıntıları – Qaraqan

Qaraqan kitaplarından Birinci Addım kitap alıntıları sizlerle…

Birinci Addım Kitap Alıntıları

Ola bilsin ki, bu boş söz yığını və axmaq fikirlərdən ibarət bir kitabdır. Amma əgər bircə cümləsi belə həmin an sənə kömək edə biləcəksə bunu oxu.
Həyatın mənası ona necə dəyər verməyinizdədir və bu dəyərdən asılı olaraq sizin öz qiymətiniz və öz anlamınız artır. Bəlkə məsələ nə pəncərədə,nə gözəl mənzərədə,nə də təmiz şüşədədir, sadəcə, ona necə baxmağımızdadır..?
Axmaq uşaq, nə qədər ki, mənasız suallara cavab axtaracaqsan, sənin cavabların da bir o qədər mənasız olacaq.
Heç vaxt insan olduğunuzdan utanmayın, çünki mələklərin əhatəsində deyilsiniz.
Təbii ki, şagirdləri əzbərləməyə məcbur edən məktəblərdə, əksinə məntiq kütləşir. Əgər bir uşaq imtahanda köçürə bilirsə bu onun axmaqlığı deyil, əksinə ağlının və məntiqinin yüksək olmasının göstəricisidir. Deməli bu insan həyatın bütün çətin vəziyyətlərindən bu cürə asan və effektli çıxış tapa biləcək. Amma müəllimlər bunu axmaqlıq kimi qəbul edirlər. Onlar o qədər tənbəl olurlar ki, az əziyyət çəkib çox qazanmaq üçün beyinlərinə qeyri – adi fikirlər gəlir. Ona görə məktəb və universitetlərdəki əlaçıların 90%-i heç vaxt böyük insan olmur. Çünki onlara heç nə çətin gəlmir və onlar asan üsullar axtarmırlar. Bildiyimiz kimi elm ancaq axtarış zamanı inkişaf edir. Çətinlik inkişafa gətirir.
Biz hansı birlikdən danışa bilərik ki, əgər üç dost bir araya gəlib bir iş qura bilmirsə, əgər bir rəfiqə o biri rəfiqədən işlədiyi yeri gizlədirsə, evdə bacı qardaşdan şokolad gizlədirsə, ər arvaddan pul gizlədirsə
Eynşteyin demişdi ki,”Mən insanların bir axmaqlığına heyranam hər dəfə eyni şeyi etməklə fərqli nəticələr gözləyirlər”
ve daima çalışıyoruz, daim çalışıyoruz ki düşünmeye zamanımız olmasın
Kitab lap mənasız olsa belə,sizdə oxuma sürətini artırır.Ona görə oxuyun bacardıqca çox oxuyun
Həqiqətən də nə qədər başınıza gələn hadisəni qiymətləndirməyə çalışsanız da, siz bu hadisənin yaxşı və ya pis olduğunu heç cürə anlaya bilməyəcəksiniz. Çünki həyatın enişləri və yoxuşları heç vaxt əvvəlcədən müəyyən olunmur. Hətta ən pis hadisə belə başınıza gəlsə qorxmamalısınız.
Hərşeyi bilənlər heç vaxt uğur qazana bilməz
Qadınların namusu qorxu və qadağadan deyil, qarşılıqlı hörmət və xislətdən gəlməlidir.
Heç vaxt insan olduğunuzdan utanmayın,çünki mələklərin əhatəsində deyilsiniz.
Heç vaxt!Heç vaxt cəmiyyətə heç nə sübut etməyə çalışmayın.
Qeyrət-namusun da sərhədi və nizamı olmalıdır. Və qeyrətlə,namusun ən gözəl forması mədəniyyətdir.
Hər kəs özünə bir səmt , bir əqidə seçir , hər kəs özünə bir arzu və bir qorxu seçir .
İndiki dövrdə şəkillər xatirə kimi gözəl bir sözdən Göstəriş kimi iyrənc bir fəaliyyətə çevrilib.
Onda deyirdilər ki,bunu rəfiqəsi üçün paylaşırlar.Sizin rəfiqələrinizin sayı ikidir, üçdür. Qalanları sadəcə, virtual tanışlar, ordan-burdan olanlardı.
Cavab: Camaatın xoşuna gəlir axı, like edirlər
Xeyr, vallah heç kəsin xoşuna gəlmir.Paylaşdığınız şəkil xəbər lentində çıxır və ilk şəkili görəndə tez üzərinə basır ki, şəkil açılsın-əvvəlcə başa düşmür ki, xaricdəndir bu şəkil.Dodaqları gülsə də, sifəti çökür.Bu əsəbi özünə etiraf etməkdən utanır və bu utanc hissi onu yeməsin deyə like düyməsini basır..
Vaaay, buna bax ee, gör hara gedib çıxdı, mən də qalmışam bu xarabada..Zibil..
Bizim gənclər Azərbaycanda doğulduqları üçün nifrət edirlər.Elə bil Allah hamını gözəl ölkələrə yerləşdirib və artıq-urtuqların arxasına təpik vurub və onlar gəlib düşüblər Azərbaycana.Ölkəni tənqid edə bilərsiniz, bu gözəl şeydir.Tənqid inkişafa gətirir.Amma on tənqiddən bir, bir dəfə də tərifləməyi bacarmalısınız.Heyif ki, bizim millət istənilən tərifi yaltaqlıq qəbul edir..
Bakıya qayıtdım..Palçıqlı yollar, avtobusa tələsən qara adamlar..Bir anlıq nefti olan ölkəyə paxıllıq elədim.Sən demə, neft olan ölkələr necə rahat yaşayırmış.Heyif bizim ölkəyə bu sərvət hələ Allah tərəfindən verilməyib..
Bilirsiz, hansı elm əsl elmdir?
Heç bir dərsdə keçirilməyən, özünüz öz marağınız üçün öyrəndiyiniz..Hansı ki, sizə heç bir pul, maddi rifah və xoşbəxtlik gətirmir..
Amma imtahan – diplomsuz olma qorxusu.
İş axtarmaq – kasıb olma qorxusu.
Bəzənmək – eybəcər olmaq qorxusu.
Təsəvvür edin ki, yeni bir şey kəşf eləmisiniz,
amma Azərbaycandasınız.
Neyləmək lazımdı, hara getmək lazımdı?
Ətrafınızda elə insanlar var ki, artıq brend xəstəliyinə tutulublar.Hətta bunun elmi adı var.
ONİOMANİYA..
Yunan dilindən tərcümədə satış-dəliliyi kimi çevrilir..
Tibbi açıqlaması: Nə üçün lazım olduğu və nə məqsədlə istifadə olunacağı bilinmədən nə isə almaq istəyi..Sadə dildə adı: Şopoqolizm və ya şopinqolizm.
BREND- bu söz hamının xoşuna gəlir..Necə dəbli, müasir sözdü hə..? Brend
İnsan mənasını bilmədiyi sözü necə işlədə bilər axı?.
Brend sözü qədim Skandinav dilindəki Brandr sözündən gəlir..Mənası inəklərin, eşşəklərin dalına vurulan damğa deməkdir..
Biz ədalətsiz bir dünyada doğulmuşuq və uğur qazanmaq üçün mübarizə aparırıq ki, xoşbəxt olaq..!
Uğur+Mübarizə= Xoşbəxtlik.
Betxoven-Nə güclü savadı var idi,nə gözəlliyi,nə varlı ailə,nə də sağlamlıq.Ən gözəl bəstəsi Ay işığı sonatasında kar olarkən bəstələmişdi.
Elm-oxumaq heç vaxt gec deyil, oxumaq heç vaxt artıq deyil.Bacardığınız qədər daha çox oxumalısınız.
“Biz ədalətsiz bir dünyada doğulmuşuq və uğur qazanmaq üçün mübarizə aparırıq ki, xoşbəxt olaq”.
Bəs bu ədalətsiz,çətin və qəddar dünyada nə etməliyik?Təbii ki,iki seçim var.1.Məğlub olmaq 2.Qalib gəlmək.
İnsan heç vaxt pislə yaxşı taleyi ayıra bilmir,bunu bir dəfəlik qəbul edin və daha heç nəyə görə pis olmayın.
Bir qurbağa kar olduğu üçün bacarmazsan sözünü eşitmir və bacarır.Cəmiyyətin tənqidini eşitmir və bacarır.
Bu millət Səninlə olmaq istəmir,SƏN olmaq istəyir
hər kəsi dəyişmək lazım deyil.Bu səhv addımdır.Eşidirsiniz o insanlara toxunmayın,onları incitməyin və dəyişməyə çalışmayın.Onlar cəmiyyətə belə lazımdırlar.
Artıq Məmməd kişinin nə ulduzlara baxmağa vaxtı var,nə də səhər tezdən arvadı ilə bir tikə təndiri bölüb yeməyə
Pulun yaranması ilə dünyada ədalətsizlik başlayır.Əgər əvvəl kim çox işləyirdisə o da çox dişləyirdisə pul yaranandan sonra hamı işləyir ki,padşah dişləsin
Banklardan kredit götürmək reklamlarda deyilən kimi asan olsaydı,heç kəs bank yarmazdı
Amerikan deyimi
Bizi tanımadığımız bir dünyaya heç nə demədən tullayıblar və bilmədiyimiz dəyərlər arasında tanımadığımız yollar arasında hələ də seçmədiyimiz hədəflərimizə doğru getməliyik.
Biz xoşbəxt olmaqdan daha çox xoşbəxt görünmək üçün çalışırıq.
Fransua de Laroşfuka
Uğur + Mübarizə = Xoşbəxtlik
Oğlanlar və qızlar bərabər deyil, hərəsi bir-birindən üstündürlər.
Hədəfi dəqiq olmayan insanın hərəkətləri də sərxoş odunçunun ağacı yonmasına bənzəyir.
Dünyada ən qorxulu şey ölümdürsə, ölümə ən yaxın şey fəaliyyətsizlikdir.
Bir nəfər ancaq diş həkimi olmaq istəyirsə, o biologiyada qaraciyərin funksiyasından tutmuş balıqların ürək-damar sisteminə qədər hər şeyi öyrənməməlidir.
Bütün müxalifətçilər deyir ki, ölkədə təhsil sistemi bərbaddır və hamısının uşaqları universitetlərdə oxuyurlar. Bütün iqtidar da deyir ki, bizim universitetlər çox gözəldi və hamısının balası xaricdə oxuyur.
Avtomobil qəzalarında son ildə (2013) ölkədə 3000-ə yaxın adam ölüb, qeyrətsiz avtoşlar, heyvan kimi kamaz sürənlər, avtobus sürənlər, yüzlərlə adi insanının üstündən keçib, 100 km saatda sürətlə dayanacağa girib altı-yeddi nəfəri şikəst edib. Görün bu nə böyük rəqəmdir 3000! Xocalı faciəsində ermənilər bundan iki dəfə az adam öldürmüşdülər. Onda belə çıxır ki, bizim elə əsl düşmənimiz öz xalqımızdı? Soyqırım törədən elə özümüzük?
İnsan heç vaxt pislə yaxşı taleyi ayıra bilmir, bunu birdəfəlik qəbul edin və daha heç nəyə görə pis olmayın.
Yemək yemək üçün bu gün yemək yeməliyəm yazısını divardan asmağa ehtiyac yoxdur, siz onsuz da bunu edəcəksiniz, çünki bunu etmək sizə ləzzət edir, vacibdir və siz bunu şüuraltı olsa belə, edirsiniz. Amma ingilis dilində söz öyrənməyəndə adamın qarnı quruldamır. Öyrənəndə də dadlı quzu kababı qədər ləzzətli olmur.
Camaat uşaq doğandan iki dəqiqə sonra otağı götürüb taxıl biçir, biz isə internetin sürətinin zəifliyindən şikayətlənib stəkanı yerə çırpırıq.
Allahın duaları qəbul etmə gücü var, amma evə çatdırılma xidməti yoxdur.
300 il əvvəl Qazaxıstanda göygöz qız doğulanda bunu şeytan əməli hesab edirdilər və qızın gözünə loğmanlar xüsusi zəhər tökürdülər, zəhər yara bağlayırdı və qız iki il kor gəzirdi, yalnız bundan sonra yara çəkiləndən sonra qızın göz bəbəyi qara rəngdə olurdu. Bu gün isə Qazaxıstanda qaragöz qızlar mavi linza taxırlar ki, daha gözəl olsunlar.
Bizim uğur qazanmağımız birbaşa yaşadığımız məkan və zamanla bağlıdır. Ona görə bu haqda Pifaqor da, Homer də bir şey deyə bilməzdilər.
Qadınların namusu qorxu və qadağadan deyil, qarşılıqlı hörmət və xislətdən gəlməlidir.
Ola bilər ki, işiniz var və vaxt ayıra bilmirsiniz heç nəyə. Amma Corc Vaşinqton anbarda gözətçi işləyərkən gündə cəmi bir saat hüquq kitabını oxumaqla Amerikanın birinci prezidenti oldu.
Internet kəsiləndə notbukun başına qapaz vurmaqla internet əmələ gəlmir, gedib pulu ödəmək və yeni şifrəni yazmaq lazımdır. Bəs onda problemlərinizlə bağlı niyə bunu etmirsiniz?
Xəstə həkimin yanına gedəndə, həkim deyirsə ki, böyrəyin işləmir, həkimi döymək lazım deyil, müalicə almaq lazımdır.
Camaata hər şeyi pisləməklə gülünc görsənmək lazım deyil, amma özümüz üçün daxildə hər şeyin qiymətini gözəl bilməliyik.
Yəni heç vaxt ağlıma gəlmirdi ki, köynəyi çevirib arxasındakı yazını oxuyum. Bunun mənim üçün fərqi heç yox idi. Snikerslə Marsın fərqi, məsələn, daha çox idi, nəinki Armani ilə adi köynəyin.
Əvvəl kim çox işləyirdisə, o da çox dişləyirdisə, pul yaranandan sonra hamı işləyir ki, padşah dişləsin.
Banklardan kredit götürmək reklamlarda deyilən kimi asan olsaydı heç kəs bank yarmazdı.
Bizi tanımadığımız bir dünyaya heç nə demədən tullayıblar və bilmədiyimiz dəyərlər arasında tanımadığımız yollar arasında hələ də seçmədiyimiz hədəflərimizə doğru getməliyik.
Məndən soruşanda ki,bəs sən ölkənin gələcəyini nədə görürsən? mən cavab verirəm ki, elmdə
Keçmişdən danışıb gələcəyi göstərməklə deyil,bu gün nəsənsə osan
Bu millət səninlə olmaq istəmir,sən olmaq istəyir
Eynşteyn demişdi ki,mən insanların bir axmaqlığına heyranam. Hər dəfə eyni şeyi etməklə fərqli nəticələr gözləyirlər
Az da olsa nəsə etmək lazımdır və bu az dediyiniz şey bir gün sizi kimdənsə bir addım qabaqda edəcək
Sual verən ilk beş dəqiqə axmaq görünə bilər,sual verməyən isə ömür boyu axmaq qalır
Hədəfi dəqiq olmayan insanın hərəkətləri də sərxoş odunçunun ağac yonmasına bənzəyir
Bağışlayın,mən nə satanistəm nə özündən razıyam nə yalançı və süniyəm nə də özümü gözə soxan
Daha praktik,daha realist və daha sərt olmaq lazımdır
İnsan heç vaxt pislə yaxşı taleyi ayıra bilmir,bunu birdəfəlik qəbul edin və daha heç nəyə görə pis olmayın
Baxın,bu mundar suala görə ölkədə neçə qız intiharla bitirir həyatını ”
Məndən kimsə soruşanda ki,qadınlar və kişilər bərabərdir ya yox? Mən deyirəm: Qadınlar və kişilər bərabər deyillər,onlar bir-birlərindən üstündürlər
Heç vaxt! Heç vaxt cəmiyyətə heçnə sübut etməyə çalışmayın

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir