İçeriğe geç

Atsineği Kitap Alıntıları – Ethel Lilian Voynich

Ethel Lilian Voynich kitaplarından Atsineği kitap alıntıları sizlerle…

Atsineği Kitap Alıntıları

Gəlin,iki yaxşı uşaq kimi,biskvitlərimizi yeyək,dalaşmayaq,sabah axı öləcəyik.
Mən xoşbəxt bir kəpənəyəm
Yaşasam da, ölsəm də
Onlar məni ona görə öldürürlər ki,məndən qorxurlar. İnsan bundan artıq daha nə arzu edə bilər?!
Adam on doqquz yaşında nə qəribə olurmuş ! Çəkiclə bir şeyi parçalamaq ona çox asan görünürmüş. Ancaq indi mən özüm çəkic altına düşmüşəm
Biz hamımız Allahın günahkar bəndəsiyik,bizim çoxumuz vaxtilə səhv etmişik. Heç kəs istəməz ki,onun bu səhvlərini bütün dünya bilsin. Nə etməli,insan təbiəti belədir.
-Heç olmazsa beşcə dəqiqə ciddi olun! Axi məsələ ölüm-dirim məsələsidir.
-Heç bir dəqiqə də ciddi olmaq istəmirəm, dostum. Nə həyat nə də ölüm ciddi olmağa dəyməz.
Biz hər bir işdə vicdanla hərəkət etməliyik
Cahil adamları qana öyrətməklə,siz insan həyatının qiymətini yüksəltmirsiniz.
Adam ancaq qorxu altında amansız, ədalətsiz bir iş tutsa,sonra çox peşman olar.
Mən xoşbəxt bir kəpənəyəm,
Yaşasam da ölsəm də
“ciddi ifadelerdense mizah, sansürün gözetimini atlatmak için en iyi yoldur. Üstü kapalı olması gerekiyorsa, ortalama bir okuyucunun mizahta bahsedilen her iki anlamı da algılaması, bilimsel ya da ekonomik bir makaledekinden daha olasıdır.”
Baş belası, donuk, pis yalanlarla, çirkin hilelerle dolu bu dünya bir insanın boğulmasına bile yetecek derinlikte değildi.
Bunu da bilin ki,adam sevə biləcəyi qadına həmişə rast gəlmir.
İnsan başqasının fikrində nələr olduğunu düşünsə,onda gərək fikrini bilsə də inciməsin.
-Mədən müdirləri mənə gülürdülər. Fəhlələr gözümçıxdıya salırdılar.
– Niyə?
– Görünür,insan təbiəti belədir. Görürdü ki,mən ancaq tək əlimlə qoruya bilirəm- bu da onlar üçün kifayətdir.
Mən çox zəngin bir ailədə böyümüşdüm,məni həddən artıq nazlamışdılar. Mənə elə gəlirdi ki, bütün dünya çəhrayı pambıqdan,qəndə tutulmuş badamdan düzəldilib. Amma bir gün bildim ki,mənim bütöv varlığımla inandığım ən yaxşı dostum məni aldadırmış
İngilislərin belə bir ata sözü var : Soruşma ki,yalan da deməsinlər.
Adamları əla salmaq mənə zərrə qədər də ləzzət vermir,ancaq məndən soruşanda ki,sən niyə şikəst olmusan, onda mən bir söz demeliyəm ya yox?
Devletler, kontrollerine aldıkları muhalefet hareketlerini, ayaklanmaları ya da devrimleri, dışında kaldıklarından daha kolay engeller.
-Məncə,insan bədəni müqəddəs olmalıdır,insan bədəni lağa qoyulanda,qəsdən eybəcər şəklə salınanda mən dözə bilmirəm.
– İnsan bədəni! Bəs insan qəlbi?
Mənim bu deyəcəyim söz bəlkə də sizə
mənasız görünəcək, lakin, məncə, insan bədəni müqəddəs olmalıdı, insan bədəni lağa qoyulanda, qəsdən eybəcər şəklə salınanda mən dözə
bilmirəm.
— İnsan bədəni! Bəs insan qəlbi?
Eğer yaşanmakta olana başkaldırıyorsanız ve gençseniz, yaşadığınız her ne olursa olsun serüvendir.
”—Mən and içməmişəm, amma bağlıyam
—Başa düşmürəm
—Andın nə mənası var? İnsanı bir şeyə bağlayan and deyil.Əgər adam hiss edirsə, özü də dərindən hiss edirsə ki, bir fikir onun qəlbinə hakim kəsilib-bu kifayətdir.”
”Görülən işləri dəyişmək üçün yer üzündə bir üsul mümkün olsaydı, keçmiş səhvlər haqqında düşünməyin bir mənası olardı, amma onları ki, düzəltmək mümkün deyil, – qoy onda ölülər ölülərin dərdinə ağlasın.”
Məncə,vicdan və kardinal, xərçənglə balın birləşməsi kimi yox, çox qəribə bir şeydir; hər ikisinin çox pis tamı var.
Keçmiş ölümündür,gələcək sənin.
Görülən işləri dəyişmək üçün Yer üzündə bir üsul mümkün olsaydı,onda keçmiş səhvlər haqqında düşünməyin bir mənası olardı. Amma onları ki, düzəltmək mümkün deyil
Yolun ortasında atılıb-qalmiş bir daşın çox yaxşı niyyətləri ola bilər,lakin onu yoldan kənar etmək lazımdır.
Həqiqət- zəncirdə saxlanmalı köpəkdir. Bəli,təlxək doğru deyirmiş. Fəqət mən hər şey olmağa hazıram. Təlxək olmağa,əsla!
O bilirdi ki, cavanlığında düşünmədən, tələm-tələsik evləndiyi bu qəşəng geyimli, balaca qadın boş söhbətləri,solub getmiş xoş siması ilə böyük ədəbiyyat meclisinin xanımı ola bilməz. Bunu ürək ağrısı ilə dərk edirdi.
Elə bir şey yox idi ki,ona təəssüf edəsən,onun həsrətilə dönüb geriyə baxasan. Arxada çirkin yalanlar, kobud hiylələr, üfunət dolu durğun həyat bataqlığı qalırdı. Elə bir bataqlıq ki,onun içində heç boğulmaq da mümkün deyildi.
«Keçmiş — ölümündür, gələcək sənin!» Nə qədər ki, gələcək sizindir – ondan istifadə edin: keçmişdə tutduğunuz pis bir iş haqqında deyil, gələcəkdə
görə biləcəyiniz yaxşı işlər haqqında düşünün.
Mənim bildiyim ən öldürücü bir silah varsa, o da gülüşdür.
Gəncləri tərbiyə etməkdə mənim böyük təcrübəm var. Lazımi əsas olmadan, gənclərə heç bir işdə mane olmamalı; mənim əldə bayraq etdiyim qayda budur! Elə düşünürəm ki, dünyada öz təbiətləri etibarilə intizamsızlığa meyl edən gənclər çox deyil və mənə elə gəlir ki, böyüklər gənclərin şəxsiyyətinə hörmət etsələr, bu gənclər onlara çox da başağrısı verməzlər. Məlum şeydir ki, cilovu həmişə dartsan, dinc at belə şaxə qalxar.
Axı ruhanilərin vəzifəsi dünyanı yüksək ideallara doğru aparmaqdır; bizim də məqsədimiz budur. Bu məsələ siyasətdən artıq, din və əxlaq məsələsidir. Bir təsəvvür edin: insanlar qəlbən azad və məsul vətəndaş olacaqlar, – onda heç köləlik ola bilər?
Uşaqların tərbiyə məsələsi ciddi məsələdir, onlara lap doğulduğu gündən yaxşı təsir göstərməyin böyük əhəmiyyəti var. Məncə, cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə, həyatı nə qədər təmizdirsə, ata olmağa o daha artıq layiqdir.
Oğlum, səbirli ol! Bizi sevirlərmi, ya bizə
nifrətmi edirlər – öz hərəkətimizdə gərək bunu əsas tutmayaq.
Uşaqların tərbiyə məsələsi ciddi məsələdir. Onlara lap doğulduğu gündən yaxşı təsir göstərməyin böyük əhəmiyyəti var. Məncə, cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə, həyatı ne qədər təmizdirsə,ata olmağa o daha artıq layiqdir.
Allah özü yaxşı adamları axtarıb tapmaqda uşaqlara kömək eləyir.
Elə şey var ki,onu heç kəsə demək olmaz. Mənə elə gəlirdi ki, heç kəs mənə kömək eləyə bilməz : nə sən nə də anam. Mənə bilavasitə Allahın verəcəyi cavab lazım idi.
O həmişə nədən danışıb-danışmayacağını qəlbi ilə duyur.
Ah,heç bir əzab buna tay ola bilməzdi:əfv etmək istəyəsən,əfv etməyə çalışasan,lakin biləsən ki bu mümkün deyil,əfv edə bilməzsən,buna cəsarət edə bilməzsən
-Ah,nə fərqi var, – hər şey əldən getdi
Martin İden Cek London romanından sonra oxuduğum Ovod haqqında təəsüratlarım olduqca böyükdür. Bəlkə təsirindən bir həftə, bəlkə də bir ömür çıxa bilməyəcəyim möhtəşəm bir əsərdir.
Əsərdən çox sevdiyim dialoq.

Feliçe (Ovod), gəl mənimlə bir yerdə çıxıb gedək, bu dəhşətli ölkədən gedək! Bu adamlardan, bu siyasətdən uzaqlaşaq! Bunlar bizim nəyimizə gərəkdi?

Çıxıb gedək, xoşbəxt olaq! Cənubi Amerikaya gedək, – sən əvvəl də orada yaşamısan .

Ovod keçmiş xatirələrin doğurduğu dəhşəti duyaraq yenə də özünü ələ aldı. Zittanın əllərini boynundan götürüb bərk-bərk sıxdı.

Zitta, başa düş, gör nə deyirəm. Mən səni sevmirəm, sevsəydim də səninlə getməzdim. İtaliyada mənim işim var, yoldaşlarım var.

Zitta ümidsiz halda çığırdı:
Bir də bir adam var, onu məndən çox istəyirsən!

Ah, bu saat mən səni öldürərdim! Sən yoldaşların haqqında düşünmürsən, mən bilirəm kimin haqqında düşünürsən!

Ovod dedi:
Yavaş danış, sən həyəcan içindəsən, olmayan bir şeyi təsəvvür edirsən.

Sən elə bilirsən, sinyora Bollanı deyirəm?

Məni aldatmaq o qədər də asan deyil. Onunla sən ancaq siyasətdən danışırsan. Sən onu da mənim kimi az sevirsən. Sən ancaq kardinalı düşünürsən. Ovod diksindi, qeyri- ixtiyari olaraq təkrar etdi:
Kardinalı?

Bəli, payızda burda moizə oxuyan kardinal Montanellini! Onun faytonu keçib gedəndə mən sənin üzündəki dəyişikliyi görmədimmi?! Sənin rəngin bu yaylıq kimi ağappaqdı. Onun adını çəkən kimi indi də yarpaq kimi əsirsən.

Sən bilirsən nə danışırsan? Mən kardinala nifrət edirəm. O mənim ən qəddar düşmənimdi

Düşmənin olsa da, olmasa da, sən onu dünyada hamıdan çox istəyirsən. Mənim üzümə bax, belə deyilsə, onda de ki, bu yalandı. Ovod dönüb bağa baxdı. Zitta gizlin-gizlin ona göz qoyurdu. Tutduğu işindən özü dəhşətə gəlirdi. Ovodun susmasında nəsə bir qəribəlik vardı.

Axırda Zitta, qorxmuş uşaq kimi, yavaş-yavaş ona yaxınlaşdı, çəkinə-çəkinə pencəyinin qolundan dartdı.

Ovod ona sarı dönüb dedi:
– Bu, doğrudu.

Unutmaq-çətin şeydir.
Yadınıza salın,görün sizin sevdiyiniz Şelli nə deyir?!O deyir ki:Keçmiş ölümündür,gələcək -sənin! Nə qədər ki,gələcək sizindir-ondan istifadə edin:keçmişdə tutduğunuz pis bir iş haqqında deyil,gələcəkdə görə biləcəyiniz yaxşı işlər haqqında düşünün.
-Əzizim Cemma,görülən işləri dəyişmək üçün Yer üzündə bir üsul mümkün olsaydı,onda keçmiş səhvlər haqqında düşünməyin bir mənası olardı,amma onları ki,düzəltmək mümkün deyil,-qoy oda ölülər ölülərin dərdinə ağlasın.
Mən xoşbəxt bir kəpənəyəm,
Yaşasam da, ölsəm də
Səbr etmək gərək. Böyük dəyişikliklər bir gündə olmur.
Nəzarətsiz hakimiyyət adamı çox pozur!
Mən xoşbəxt bir kəpənəyəm , yaşasam da ölsəm də
– Daha sonra nələr olduğunu danışmağın mənası var mı?
– Əgər əgər istəyirsizsə . Qorxuram bu xatirələr sizə əzab verə
– Siz elə zənn edirsiniz ki, susanda onlar mənə əzab vermir?
Bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxdur, o çığıra bilmir O gərək səbr etsin səbr etsin .səbr etsin
-Əzizim Cim, hiddət və ehtiras İtaliyanı xilas edə bilsəydi, o çoxdan azad olardı. Ona nifrət deyil, məhəbbət lazımdır.
Səbr etmək gərək. Böyük dəyişikliklər bir gündə olmur.
Andın nə mənası var? İnsanı bir şeyə bağlayan and deyil. Əgər adam hiss edirsə , özü də dərindən hiss edirsə ki, bir fikir onun qəlbinə hakim olmuşdur, – bu kifayətdir. Bundan başqa adamı heç bir şey bağlaya bilməz .
Mən o şəhərdə yaşaya bilmərəm . Orda mağazalar var, – o mağazalardan anam həmişə mənə oyuncaq alardı ; orda sahil küçəsi var, xəstələnməmişdən qabaq onunla bu sahildə gəzərdim .
Keçmişin dəhşətli xatirələrinə dalmaq zərərli imiş.. bu, əsəbləri elə sarsıdır ki, heç mümkün olmayan şeyləri təsəvvür etməyə başlayırsan.
Allah özü yaxşı adamları axtarıb tapmaqda uşaqlara kömək eləyir.
Onlar məni ona görə öldürürlər ki, məndən qorxurlar. İnsan bundan artıq daha nə arzu edə bilər ?
Məsələ daxili zülmətdədir: orda nə ağlamaq, nə diş qıcırtması var, ancaq susmaq susmaq
Ben mutlu bir kelebeğim, yaşasam da ölsem de.
Mənə həyat ancaq kilsə ilə mübarizə etmək üçün lazımdır. Mən insan deyiləm, xəncərəm. Siz mənə həyat verməklə xəncəri təqdis edirsiniz.
Bütün dalğalar, fırtınalar mənim üstümdən keçdi .
-yoxsa bu vaxta qədər heç sizin ağlınıza da gəlmirdi ki, bu zavallı oyunbazın da bir parça əyri-üyrü ağac kötüyünə oxşayan bədəninə zorla yerləşdirilmiş, ona köləlik etməyə məcbur olan, mübarizə edən canlı insan qəlbi var? Siz ki hər şeyə belə həssassınız, sizin ki belə gülünc, zınqırovlu paltar geydirilmiş bu bədənə yazığınız gəlir, bəs necə olur ki, onun zavallı qəlbini yaddan çıxarırsınız,- elə bir qəlb ki, onun müdafiəsiz qalan çılpaqlığını gizlətmək üçün heç təlxəklik bəzək-düzəyi də yoxdur! Bir düşünün: onun bu çılpaq qəlbi soyuqdan üşüyür, hamının gözü qarşısında utanıb xəcalət çəkir, tamaşaçıların istehzası onu bir qamçı kimi parçalayır, onların gülüşü odda qızarmış dəmir kimi onu yandırır!
O siçovullara həsəd edir: çünki siçovulların yer altında yuvası var, qaçıb orada gizlənə bilərlər! Bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxdur, o çığıra bilmir. O gərək səbr etsin, səbr etsin, səbr etsin
Məktubda imza yox idi, lakin kağızın sonunda, hələ uşaqkən bir yerdə öyrəndikləri kiçik bir şeir yazılmışdı:
Mən xoşbəxt bir kəpənəyəm,
Yaşasam da, ölsəm də
Mənim Bildiyim ən ödürücü bir silah varsa, o da gülüşdür.Biz yezuitləri gülüşə tuta bilsək, camaatı onlara, onların iddialarına gülməyə məcbur edə bilsək, belə bir xoşbəxtlik bizə üz versə, onda qan tökmədən qalib gələ bilərik
.ve Son .
Mən xoşbəxt bir kəpənəyəm,
Yaşasam da, ölsəm də
Ey xoştəbiətli adamlar, bu gün təntənəli mərasimlə gedərkən mən sizə baxdım, gördüm ki, siz günahlarınızın bağışlanacağına ürəyinizdə şadyanalıq edirsiniz, xilas olmanıza sevinirsiniz! İndi sizdən xahiş edirəm: siz xilas olmanızın nəyin bahasına başa gəldiyini fikirləşin. O çox baha başa gəlib. Onun qiyməti qırmızı yaqutdan da bahadır, çünki o, qanın qiymətidir.
Görülən işləri dəyişmək üçün Yer üzündə bir üsul mümkün olsaydı, onda keçmiş səhvlər haqqında düşünməyin bir mənası olardı, amma onları ki, düzəltmək mümkün deyil,-qoy onda ölülər ölülərin dərdinə ağlasın.
ürәyin sadәcә mәnә aid olsun
Isa peyğәmbәr sizin üçün nә etmişdir? O, sizdәn ötrü nә әziyyәt çәkmişdir ki, siz onu mәndәn çox istәyirsiniz? Siz onu yaralanmış qolları üçün sevirsiniz! Onda mәnim qollarıma baxın!
Mәnә aydın oldu ki, sizin üçün göylәrin mәrhәmәtini qazanmaq, mәni bu cәhәnnәmdan xilas etmәkdәn daha vacibdir .
Padre, gedək burdan! Bu meyit kimi cansız aləmlə, bu səhvlər, yanlışlıqlar aləmilə sizi bağlayan nədir? Axı onlar keçmiş əsrlərin zir-zibilidi! Onlar başdan-başa çürüyüblər, onlardan çürümüş cəmdək qoxusu gəlir! Gedək bu aləmdən, işıq dolu başqa bir aləmə gedək! Padre, biz həyat və gəncliyik, biz əbədi baharıq, biz bəşəriyyətin gələcəyiyik!
Məktubda imza yox idi, lakin kağızın sonunda, hələ uşaqkən bir yerdə öyrəndikləri kiçik bir şeir yazılmışdı:
Mən xoşbəxt bir kəpənəyəm,
Yaşasam da, ölsəm də
Heç bircə dəqiqə də ciddi olmaq istəmirəm, dostum! Nə həyat, nə də ölüm ciddi olmağa dəyməz.
Bu mənim dostumun uşaqlıq şəklidir : o gün sizə dediyim adamın
-Sizin öldürdüyünüz adamın?
Cemma qeyri-ixtiyari olaraq diksindi. Bu dəhşətli sözü o necə asanlıqla, necə amansızca söylədi!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir