İçeriğe geç

Seçilmiş əsərləri Kitap Alıntıları – Xaqani Şirvani

Xaqani Şirvani kitaplarından Seçilmiş əsərləri kitap alıntıları sizlerle…

Seçilmiş əsərləri Kitap Alıntıları

Udmuş nə qədər, bilsən, zalimləri bu torpaq
Lakin, yenə doymaz bu acgöz adam udmaqdan.
Həyat daşqın çay üstündə sınıq körpüdür, tez keçməsək sel aparar körpünü
İlahi, hər dərdim sənə bəllidir,
Özün əlac eylə mənim dərdimə.
Ya qara baxtımın üzünü ağart,
Ya da qara rəng vur ömür xəttimə!
Bilikli olmağın zərərdir sənə,
Gücsüzlük qüdrətdir, hünərdir sənə.

Biliyin cövhəri biliksizlikdir,
Xaqani, bilmirəm sipərdir sənə.

Sənin eşqin xırda xırda nəfəsimi kəsdi, yar!
Öz ahımla öz sinəmdə açdı dərin yaralar.

Eşqin ilə gizli bir ah saxlayırdım ürəkdə,
O ah qalxıb boğazıma, məni qəhərlə boğar.

Kimə deyim öz dərdimi, sınamışam insanı,
Bir kimsədə görməmişəm mən insanlıq nişanı.
İndi ki, yer üzündə insafdan yoxdur nişan,
Könül, sən də vaxt ikən, hazırlaş köç dünyadan..
Böyük qəmlər bu kiçik könlümü etdi məskən..
İlahi, hər dərdim sənə bəllidir,
Özün əlac eylə mənim dərdimə.
Ya qara baxtımın üzünü ağart,
Ya da qara rəng vur ömür xəttimə!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir