İçeriğe geç

Mənim Tanrım Gözəllikdir, Sevgidir Kitap Alıntıları – Hüseyn Cavid

Hüseyn Cavid kitaplarından Mənim Tanrım Gözəllikdir, Sevgidir kitap alıntıları sizlerle…

Mənim Tanrım Gözəllikdir, Sevgidir Kitap Alıntıları

Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.

Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdəm mənim məqali-vətən?

Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən

Neçün şərafətini, fəxrini verib əldən,
Bu qədər yurduna biganədir ricali-vətən?

Ürək dolubdu nədən, sanki qan piyaləsidir,
Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?

Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,
Əminəm, heç də silinməz bu ibtizali-vətən.

Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,
Səlamımı eşidə bəlkə növnəhali-vətən.

Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.

Əgər sual edələr – Salikin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub maali-vətən.

Get, lakin o hörmət və məhəbbət
Bir gün doğurur qanlı ədavət.
Get, bəllidir insandakı xislət;
Sizlərdəki ülfət; sonu vəhşət,
Sizlərdəki şəfqət; sonu nifrət,
Sizlərdəki rəhmət; sonu lənət!..
Ey varlığı yoq, yoqluğu vardan daha dilbər!
Ruhum səni izlər.
Lütf et, o gözəl çöhrəni bir an bana göstər,
Könlüm səni özlər.
Ya Rəb, bu nə dəhşət, nə fəlakət?
Ya Rəb, bu nə vəhşət, nə zəlalət?
Yoq kimsədə insafü mürüvvət,
İblisəmi uymuş bəşəriyyət?
Hər qulun cihanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir ilahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.
Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva!?
Sən nəsin?.. Kəndini bil, zəfi bıraq!
Həp nəsibinmi sənin şillə, dayaq?
Çəkmə ah öylə mükəddər, məhzun,
Ağla, göz yaşlarım aqsın, coşsun!
Hər baharın sonu matəmli xəzan,
Hər visalın sonu ıssız hicran.
Bir həqiqət deyə tapdıqlarımız
Yarın, əfsus, olacaq süslü yalan.
.
Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva!?
Sən nəsin?.. Kəndini bil, zəfi bıraq!
Həp nəsibinmi, sənin sillə dayaq?
Çəkmə ah öylə mükəddər, məhzun,
Ağla, göz yaşların aqsın, coşsun!
Ağla fəryadın duysun ərlər,
Bəlkə insafa gəlib rəhm edələr.
Ağla çırpın! O lətif incə səsin
Çınlasın, mevclənib yüksəlsin.
O səsin qüvvəti, təsiri böyük
Ağla ta lərzə gəlsin yer, gök

Baq, baq insan nə qədər aldanıyor?
Xayır, əsla bəni sə; dinləmə, dur!
Ağla, hep ağla! dedim, pək yanlış.
Ağlamaqdan nə çıqar sanki? Çalış!
Oluyor iştə hüququn pamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi zülmət içindən sıyrıl!
Qəhrəmanlar kimi qavğaya atıl!
Fəzlü irfanla mücəhhəz olaraq
Cəhli yıq, qəfləti yaq, iczi bıraq!
Kimsədən gözləmə yardım əsla;
Yalnız kəndin kəndinə ağla!

Bilmedim, uydum şu mecnun gönlümün feryadına,
Aşka gönül verdim, beladan başka bir şey görmedim.
Yaralanmış ruhum güzellerden vefa bekler yine,
Ben henüz asla cefadan başka bir şey görmedim.
Yoq kimsədə mərhəmətlə vicdan,
İnsanlığı həp unutdu insan.
Günəş parlaqsa da, yazıq!
Pərdələnmiş gözləriniz.
Ey varlığı yoq, yoqluğu vardan daha dilbər!
Ruhum səni izlər.
Lütf et, o gözəl çöhrəni bir an bana göstər,
Könlüm səni özlər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir