İçeriğe geç

Mahzen-i Esrar Kitap Alıntıları – Nizami Gəncəvi

Nizami Gəncəvi kitaplarından Mahzen-i Esrar kitap alıntıları sizlerle…

Mahzen-i Esrar Kitap Alıntıları

Fələk nədir?
Atılmış, tərk edilmiş dul qarı.
Cahan nədir?
Saralmış bağların solğun barı.
Hər köhnəni, təzəni bircə-bircə yada sal. Bu dünyada nə varsa bir arpaya da dəyməz.
Tək özünün hüsnünü və özgələrin eyiblərini görmə. Öncə öz nöqsanını görə bilən göz gərəkdir. Aynanı al, ya alma demirəm. Özünə heyran olma, öz eybini görə bil.
Bahar kimi özünü bəzəmək nəyə lazım?
Zamanın bahar gülü tək səni soldurmağından çəkin. Eybini örtən geyim zərif toxunduğundan tanrı 9 pərdə göydən yerə endirmişdir.
Hər ürəyi sevindir xürrəm yaşa dünyada,
Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada.
Fələklərə yüksəldər, hünər–cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni.
Dartır nəfsin şeytanı səni özünə sarı,
Hələ ki, ölməmisən, çəkin, əl vermə barı.
Qılıncsanmı, vurursan hər gün bu qədər yara?
Davulsanmı, hay-haray salmısan min diyara?
Arıtmasan, açmasan gözlərini bulağın,
Gözü gülə bilərmi bağrı yanan torpağın?!
Aslanlardan çox yeyər acgöz, qoca köpəklər,
Ceyranın göbəyini canavar kimi sökər.
Dünya yolçuluğunda gör nə qədər yol gedən,
Bir az da ağıllıdır daldakı öndəkindən.
Nizaminin ki, düzdür xilqəti də, qəlbi də
Başa çatar, inşallah, hər işi, mətləbi də.
Haqq söz halva da olsa, haqsız üçün acıdır,
Haqq-acı, fəqət hamı həqiqət möhtacıdır.
Düzlüklə qurtularsan hər acıdan, ağrıdan,
Qoy düzlük səndən olsun, zəfərlərin Tanrıdan.
O yerdə ki, doğruluq hökm edər, bayraq açar,
Dada çatan haqq özü onun ardınca uçar.
Gül əyri olduğundan, qoynunda bitdi tikan,
Qamış şəkərə döndü düzlüyü ucbatından.
Yalnız cəhənnəmdən yox, hər istidən-soyuqdan
Səni saxlayan zireh düzlük, paklıqdır, inan.
Paklıq, təmizlik nuru bürüsəydi hər kəsi,
Kimlə, nəylə dolardı cəhənnəmin mə’dəsi?
Quşların qol-qüvvəti yalnız qanadlarında,
Yaltaqların qüdrəti qızıl adlı varında.
Barama qurdu kimi biri hazırlar ipək,
Biri həmin ipəyi kəsib yeyər güvətək.
Aləm əzəldən bəri alver evinə bənzər:
O dünyanı alırlar, bu dünyanı verirlər.
Fərqi yoxdur, ya payla, ya da yığ sərvətləri,
Sənə hər nə veribsə, alacaq dünya geri.
Qiyamət dənizindən kimlər yaxa qurtarar?
Yalnız yükü dənizə atıb çılpaq qalanlar!
Bu qədər güldən sənə çatmaz bircə tikan da,
Çöp də aparmaq olmur, dağlar qədər yığsan da.
Ömür az, dünya qoca uymuşuq ahənginə,
Aldanma bu köhnənin tazələnən rənginə.
İstəsən ki, bu aləm daim məskənin olsun,
Dini Nizamiyə ver, dünya qoy sənin olsun.
Bilik qazan, ey könül, yan, işıqlan biliklə,
Zülməti nurla öldür, düşməni bir çiçəklə.
Selin-suyun ağzında ev-eşik quran insan,
Barı bir qapı aç ki, sel gələndə qaçasan.
Ayaq basacağın yer möhkəm deyilsə əgər,
Heç bir işin dalınca getmə, çalışma hədər.
At çiynindən yükünü, bir az asan get, asan.
Yükün yüngülləşərsə, mənzilə tez çatarsan.
Bu dünyada heç nəyin vəfası yoxmuş-dedi.
Dərdi çox, cəfası çox, səfası yoxmuş-dedi.
Bu torpağın başına dönüb dolanan insan,
Məgər sabah bir ovuc torpaq olmayacaqsan?
Sən dünyanın üstündən xətt çək, bir az şad yaşa,
Sənə uzaq olandan uzaqlaş, azad yaşa!
Görən yox bu cahanda bircə savab iş hələ,
Yuxuları qat-qarış, fikirləri-tor, tələ.
Dənizdə ayaq üstə durmağın nə xeyri var?
Yükünü də, səni də udmazmı fırtınalar?
Hər gecənin sonunda axı, səhər açılar,
Hər yoxuşun sonunda axı, bir eniş də var.
Özgəsinin eybini, öz hüsnünü görmə tək,
Öncə öz nöqsanını görə bilən göz gərək.
Demirəm ki, aynanı al əlinə, ya alma,
Öz eybini görə bil, özünə heyran olma.
Niyə gərək özünü bahar kimi bəzəmək?
Sakın! Soldurar səni zaman bahar gülü tək.
Demirəm ki, aynanı al əlinə, ya alma,
Öz eybini görə bil, özünə heyran olma!
Özgəsinin eybini, öz hüsnünü görmə tək,
Öncə öz nöqsanını görə bilən göz gərək.
Qarğanın əyni, başı qapqaradır, gözü ağ.
Gözün varsa görə bil, ağı qaradan qabaq.
Sanma ki, su səadət, bolluq qaynağı olmuş,
Sudan nə çəkdiyini batan gəmidən soruş.
Susamış bitkilərə nicat verən bulud da
Donuq bir bəlğəm kimi dəyərsizdir həyatda.
Hünərlisənsə, hər gün paxılların artacaq,
Qəndin varsa, yediyin zəhər olacaq ancaq.
Könül vermə, bu gilin, bu qumun vəfası yox,
Dünyaya bağlanmağın daha bir mənası yox.
Bilirəm, bəyənmirsən ölümün haq yolunu,
Özgələrin gözüylə çünki görmüsən onu.
Hər gecənin sonunda axı, səhər açılar,
Hər yoxuşun sonunda axı, bir eniş də var.
Qanlı yaşlar tökməyin axı nə mənası var?
Çoxdan gəbərib gedib sağlığında yatanlar.
Eşqinlə atəşə dön,nifrətinlə buza dön
El yolunda günə dön,aya dön,ulduza dön
Yaxşılığın hər yanda qapı açar üzünə. .!

~Nizami Gəncəvi ~

Ey bugünkü halından utanıb qızarmayan!
Fikirləş öz sonunu, barı o gündən utan!
Çürümüş, köhnə gilə tazə bir can verərlər,
Dağılmış parçaları yenə birləşdirərlər.
Görün hansı şübhələr könüldən gəldi, keçdi:
Yoxluğumuz bir yana, varlığımız da heçdi.
Nə vaxtacan sürəcək bu hicranlar, görüşlər,
İstəmədən gəlişlər, istəmədən gedişlər?
Bu dünya dedikləri alğı-satqıymış, inan,
Bircə düzlük görmədim burda başdan-binadan.
Biz dünyaya gəldik ki, kədər duyaq, qəm yeyək,
Gəlmədik ki, nitq edək, axşam-səhər zəvzəyək!
Sevgi, həyat nəş’əsi şirin olsa da candan,
Aqibəti düşünmək ondan da xoşdur, inan.
Bə’zən inanmaq olmur rənglərin ahənginə,
Yaxşılıq, pislik düşür bir-birinin rənginə.
Az ye, çevik, yüngül ol, rahat yaşa hər zaman,
Çox yesən ağırlaşar, min iztirab duyarsan.
Yemək, qarın alveri əgər yetsəydi dada,
Çoxyeyənlərin çoxu sağ qalardı dünyada.
Ey miskin! Qarnın dolu, gözlərin acdır, inan,
Çox-çox yedikcə məgər ağırlaşmayacaqsan?
Tanrı qapısında ol, o hər kəsdən uludur,
Ruzunu ondan istə, ruzu verən də odur.
Qəlbinin qulu ol ki, qalxıb sultan olasan,
Həm idraka, həm cana bir hökmran olasan.
Bədən dediyin nədir? Bir ovuc sulu torpaq,
Əsas könüldür ki, söz könüldən qopur ancaq.
Çörək qazanıram mən, götürmə babalımı,
Min harama dəyişməm birgünlük halalımı.
Suyun, çörəyin varsa, ora-bura can atma,
Əlini kəfkir kimi hər qazana uzatma!
Tikan qızılgül ilə yoldaşlıq etdiyindən
Sünbül çiçəyinə də ətir göndərir bə’zən.
Əylənirsən həyatda, itirmisən ölçünü,
Oyuncaqmı sanırsan vahid, bircə ömrünü?
Mülk həvəsindən əl çək, sənə qürur gətirər,
Dəbdəbələr kölgəsi heç məgər nur gətirər?
Bu gün şah eylər səni, aləm keçər əlinə,
Sabah döndərər səni bir çömləkçi gilinə.
Hər kəs yaxşılıq etsə, yatmış bəxti ayıldar,
Bir gün həmən yaxşılıq öz üstünə qayıdar.
Adil olmayanların sənə nə faydası var?
İnsafsız səni yalnız tufanlara tullayar.
Atdığın hər addımın düşün gələcəyini,
Öncə gördüklərini, sonra görəcəyini.
Yer üzünə bənzə ki, uca tutmur özünü.
Rüzgartək xəfif ol ki, fəth edir yer üzünü.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir