İçeriğe geç

Zəfər Tağı Kitap Alıntıları – Erich Maria Remarque

Erich Maria Remarque kitaplarından Zəfər Tağı kitap alıntıları sizlerle…

Zəfər Tağı Kitap Alıntıları

Biz! Nə gözəl sözdür. Dünyanın ən sehrli sözü
Tənhalıq- həyatın əbədi nəqarəti
Lap möcüzədir bu məhəbbət! Təkcə gündəlik həyatın tutqun səması, rəngarəng göy qurşağı deyil, həm də dünyanın ən iyrənc şeylərini gözəllik donunda göstərir Həm möcüzədir, həm də taleyin ən acı kinayəsi
Sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam
Bacarırsansa kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! Üzünü çevir get! Özünü tox tut! Canıyananlıq dinc dövrlər üçündür, olum, ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqəttən qaçma. Həqiqətlə barışa-barışa da yas saxlamaq olar Yalnız belə dözmək mümkündür
Taleyin ona bağışladığı bu bir neçə mərhəmət saatı ağ göyərçin kimi qanad çala-çala gəlib onu həyatın dəhşətli girdabından qopardı. Elə bunun özü də bir yalan idi, tale adama heç nə bağışlamazdı. Sadəcə olaraq, müvəqqəti möhlət idi. Əslində, hər şey möhlət deyildimi?..
-Siz gərək bu qədər görüb-götürəndən sonra çox dözümlü olaydınız.
-Ravik istehza ilə ona baxdı:
-Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür
Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz.
Hər şeyi necə qəbul edirsənsə, bunlara da eləcə lt; lt;qismətdir gt; gt; deyib, ümidsizliyin yeganə silahı olan təmkinlə dözürsən.
Məhəbbət dupduru,balaca bir gölməçə deyil ki şəklin həmişə ora düşsün Joan. Onun tufanı var, fırtınası var. Orda gəmilər,şəhərlər qərq olur, qızıl küpələri,mirvarilər batır. Ancaq mirvarilər çox dərinə gedir. Bax mirvarilər əsl sevgilərdir, Joan .
Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik.
İnsanlar niyət eləməkdə ustadırlar, ancaq onu həyata keçirəndə zəif olurlar. Bizim bədbəxtliyimiz də elə bundadır.
Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir.
Bu dünyada hər şey üçün nə qədər istəsən yer var. Təkcə adamlara çatmır.
Adam sərxoş olanda, adi düşüncə tərzi də, namus haqqındakı mürəkkəb təsəvvürlər də başa bəla olur.
Bir dünyada ki, hər şey gəldi-gedərdi, bu gün tikdiyin sabah yerlə-yeksan olur, orada nə isə eləməyə dəyərmi? Yaxşısı budur ki, əl-ayağını boş qoyasan, həyat səni hara aparır, gedəsən, gücünü qoruyub saxlayasan, çünki o, yeganə şeydir ki, əvəzi yoxdur.
Günəşin daşürəklilərdən xoşu gəlmir, ona görə də onları unudur və axır nəticədə, belələri çox yaşayır.
Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş, tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbəttir. Gərək, heç kimə, heç nəyə öyrəşməyəsən.
Hər cəhəttən özünə oxşar adamı kim istəyərdi? Məhəbbəttə əxlaq norması axtaran kimdir? Bu, zəif insanların tapıntısı idi! Məhəbbət qurbanlarının şikayət dolu sızıltısı idi!
Əgər şübhə dalğası bülluru bir dəfə sındırıbsa, onu uzaqbaşı yapışdırmaq olar. Yapışdırıb, bir vaxt işıl-işıl işıldayan büllurun sınıq parıltısına baxa-baxa özünü aldadarsan. Yox, heç nəyi qaytarmaq olmaz, heç nəyi ilkin şəklinə salmaq mümkün deyil. Heç nəyi!..
Unutmaq! Sözə bax! Onda dəhşətlərdə var, təsəllidə, vahimə də! Kim unutsa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam onda azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir
Biri var imiş biri yox, bir dalğa var imiş.
Bu dalğa bir dənizdəsə, məsələn deyək ki Kapri buxtasında bir qayaya vurulubmuş. O hər gün özünü bu qayanın qoynuna atır,
onu yalayır, gecə gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır,ağlayır sızlayır, yalvarır ki ona mehriban olsun. Dalğa həmin qayanı beləcə sevə-sevə, oxşaya -oxşaya yavaş-yavaş altdan-altdan oyur,oyur və günlərin bir günü qaya tamam ovulur,uçub onun qoynuna yıxılır Dalğa birdən görür ki, daha qucaqlamağa sevib oxşamağa vüsal həsrəti ilə yanmağa qaya yoxdur, o çilik-çilik olub, özünün qucağındaca boğulub, dənizin dibinə gedib. Çox fikirləşirki neylesin axırda gedib özünə ayrı qaya axtarır
-Dalğanın nə günahı?!Qaya gərək uçmayaydı,qaya kimi qalaydı.
-Dalğalar həmişə belə deyir Hərəkətdə olan şeylər sükunəttə olanlardan güclüdür Demək su qayadan güclüdür
-Bunların bizə nə dəxli?! Çox mənasız hekayətdir..Yoxsa yenə məni ələ salırsan? Əgər elə şey olsa, sən məni atacaqsan Dəqiq bilirəm!
-Ravik güldü:
-Bu da məni atıb gedəndə, deyəcəyin sözlər olacaq. Deyəcəksən ki, guya mən səni atmışam, istədiyin qədər də bəhanə tapacaqsan, hamısına da inanacaqsan Və dünyanın ən ulu məhkəməsi olan təbiətin qarşısında özünə bəraət qazanacaqsan
Həyat adama bir də ona görə lazımdır ki, mübarizə aparsın, sadəcə olaraq, nəfəsi nə qədər gedib – gəlir, mübarizə üçün fürsət gözləsin. Ancaq gözləmək də adamı için – için yeyir, ümidlər alt – üst olur, üstəlik, səni gizli bir qorxu hissi də bürüyür ki, tamam əldən düşəcəksən, gözləməkdən üzüləcəksən, yorulacaqsan, həyatla ayaqlaşa bilməyəcəksən. Adam elə buna görə də əsəblərini yerindən oynadan hər şeyi yerli – dibli unutmaq, amasızcasına, rişxəndlə, acı kinayə ilə, peşmançılıq hissi duymadan onun başını biryolluq əzmək, sonra isə tamam başqa adam, özgə bir mən olmaq istəmirmi?

🕯Erix Mariya Remark • “Zəfər Tağı”

Məhəbbətdə əxlaq norması axtaran kimdir? Bu zəif adamların tapıntısı idi. Məhəbbət qurbanlarının şikayət dolu sızıltısı idi.
Pulla başa gələn hər şey ucuz düşər.
Kimse səni təhqir eləyəndə cavabını verirsən, mərhəmət göstərəndə qalırsan belə.
Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür.
Elə qaranlıq idi ki, heç Zəfər tağı da görünmürdü /
Biz bu dünyaya təbəssümlə gəlmirik!
Tale heç vaxt ona qarşı qoyulan cəsarət hissindən güclü olmayıb! Gördün ki, dözə bilmirsən, o vaxt özünü öldürürsən. Yaxşı ki, adam bunu bilir. Və bir də onu bilmək yaxşıdır ki, nə qədər nəfəsin gedib-gəlir, heç nə itirilməyib
Hər şey öz mənasını itirmişdi. İstər İnternasional da qalan mühacirlər, istərsə də Avropanın min-min İnternasional larındakı didərginlər, əzabkeşlər, nədənsə qaçıb canını birtəhər qurtaranlar, ümidsizlər bu gəmiyə minə bilsəydilər, min şükür! deyərdilər, bilet tapsaydılar, sevincdən dəli olar, hıçqıra-hıçqıra ağlayar, pilləkənləri qucaqlayıb öpər, möcüzəyə inanardılar O bilet ki, indi külək ölümünə doğru gedən bir adamın yorğun əlində yelləndirirdi və həmin adam da deyirdi: Qalsaydım, yaxşı olardı
Sükut, pıçıltı, gündə min dəfə oxunan kağız-kuğuzların xışıltısı, lal-dinməz oturub dönə-dönə günləri saymaq, ümidsiz-ümidsiz öz sonunu gözləmək, cüzi, miskin bir qeyrət hissi, min dəfə alçaldılmış, min dəfə təhqir edilmiş həyat! O həyatı indi bir küncə qısnayıblar, dəhşətə gəlib, nə edəcəyini bilmir!
Təkcə onu görürdü və bilirdi ki, onu belə sirli-soraqlı eləyən özünün vurğun könlüdür.Bilirdi ki, bundan da qəşəng, bundan da ağıllı, bundan da saf üzlər var.Ancaq onu da bilirdi ki, başqa üz yox, məhz bu üz onun qəlbinə hakim kəsilib. Bu hakimliyi də ona özü vermişdi..
Məhəbbət gəlir güdən tacir deyil. Xəyal aləminə öz pərdəsini asmaq üçün iki-üç mismar bəs eləyər.
Daha heç kəs həyatının qalan hissəsini sakitcə başa vurub qocalacağına inanmır. Hamı yanğın qoxusunu duyur, həyatdan nə isə qoparmağa çalışır. Nəfəsi tutula-tutula onun arxasınca qaçır ki, əldən çıxarmasın.
Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz, – deyə yorğun-yorğun ürəyindən keçirdi. – Çətini, adamın xəyal dünyası ilə onu bağlayan sehrli sap qırılana kimidir
-Yox! – Ravik tez onun sözünü kəsdi. – O da olmaz! Deyirsən dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq Bizə heç olmaz! Ortada adi bir fırıldaq iş olsaydı, bəlkə də, sən deyən kimi düzələrdi Ancaq onun da axırı yoxdur Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!
– Mən? – bir də təkrar elədi. – Sən mənim nəyimə bələdsən? Həyatı suallarla dolu olan bir adamın qəlbinə məhəbbət odu düşməsini sən haradan biləsən? Sənin ucuz ehtirasın onun yanında nədir ki?! Ömrü boyu yıxılıb-durmağa məhkum olunmuş bir adam təsadüfən özünə dayaq tapanda , sonsuz niyə lər sonu görünən sən ə çevriləndə, sükut səhrasından hiss və duyğular ilğım kimi baş qaldıranda, səndən ixtiyarsız qanın cuşa gəlib, təlxəklik eləyə-eləyə adi meşşan həyatından da, şirin-şirin arzulardan da füsunkar bir aləm yaradanda, sənin o ucuz ehtirasın neyləyər?
Çox vaxt həqiqətin özü də yalan kimi səslənirdi!
Əgər şübhə dalğası bülluru bir dəfə sındırıbsa, onu, uzaqbaşı, yapışdırmaq olar.
– Həkimlər həmişə bəhanə tapır! – bu sözləri Joan asta-asta dedi.
– Qadınlar kimi, Joan! Biz ölümlə oynayırıq, siz isə məhəbbətlə
Dünyanın bütün bəhanələri də, həqiqətləri də bunun üstündə bərqərar olub.
Bax, şirlər dağkeçilərinin, hörümçəklər milçəklərin, tülkülər də toyuqların qənimidir. İndi de görüm yer üzünün hansı yeganə canlısıdır ki, həmişə bir biri ilə çəkişir, vuruşur, bir-birinin qənimi olur?
– Bu lap uşaq sualı oldu! Əlbəttə, məhəbbət , yaxşılıq , halıyananlıq kimi sözləri icad eləyən insan- yer üzünün əşrəfi!
– Yaxşı, o təbiətin hansı canlısıdır ki, özünü öldürə bilər və öldürür də?
– Yenə də axirət dünyası , Allah , zühur eləmək sözlərini icad eləyən insanlar.
– Əla! Özün görürsən ki, həyatımız ziddiyyətlərlə doludur, özün də soruşursan ki, niyə ölürük
Az-çox ağlı olan adamlar onu da bilirdi ki, işsizlik problemini hərbi sənayeni gücləndirməklə həll eləyən hökümətin axrı iki cür ola bilər: ya müharibə, ya da daxilən sarsılmaq!
Tarix təkrar olunurdu və həmişə də imperatorlar yolunda, mənasız yerə bir-birini qıran səbrli xalqlar, axmaqlar tapılmışdı
Günəş çıxanda heç soruşarmı dünən yağıb? Çində, ya İspaniyada müharibə olub? Həmin anda neçə min adam qırılıb, neçə min adam dünyaya gəlib? Günəş çıxıb, bu hər şeyə dəyər!
Həyat indi qanad taxıb uçur, heç nəyə öyrəşmək lazım deyil.
Zaman keçmişə çevriləndə öz mənasını itirir.
Səma hər yerdə eynidir, yer üzündəki qətllərin, nifrətin, məhəbbətin, qurbanların üstünə çadır kimi çəkilib Heç nədən xəbəri olmayan gözəl güllər isə hər il açır, mavi toranlıq gündüzlə gizlənqaç oynayır, nə pasport dərdi çəkirlər, nə də satqınlıqdan, tənhalıqdan, ümidsizlikdən qorxurlar
Adam o vaxt qocalır ki, artıq heç nə hiss eləmir.
– Yox, adam sevməyəndə qocalır.
Öldürənin qazancı nifrət, biganəlik və bir də ehtiram olur.
Həyat adama bir də ona görə lazımdır ki, mübarizə aparsın, sadəcə olaraq, nəfəsi nə qədər gedib-gəlir, mübarizə üçün fürsət gözləsin. Ancaq gözləmək də adamı için-için yeyir, ümidlər alt-üst olur, üstəlik, səni gizli bir qorxu hissi də bürüyür ki, tamam əldən düçəcəksən, gözləməkdən üzüləcəksəm, yorulacaqsan, həyatla ayaqlaşa bilməyəcəksən. Adam elə buna görə də əsəblərini yerindən oynadan hər şeyi yerli-dibli unutmaq, amasızcasına, rişxəndlə, acı kinayə ilə, peşmançılıq hissi duymadan onun başını biryolluq əzmək, sonra isə tamam başqa adam, özgə bir mən olmaq istəmirmi?
Neyləyəsən həyat öz həyatlığında qalır, gah heç olur, gah da hər şey Ondan əl çəkmək də lap asandır. Ancaq bu həm də intiqam arzusundan, hər gün, hər saat ələ salıb tüpürdüyünə, gözdən salmağa çalışmağına baxmayaraq, təxminən, adamlığa, insanlığa inam adlanan şeydən əl çəkmək deyilmi? Həyat nə qədər mənasız olsa da, onu boş giliz kimi tullamaq olmaz. Lazım gələndə, mübarizə vaxtı çatanda o həmişə mənalı olur.
-Get, – dedi, – hamısını da unut. Bəlkə də belə yaxşıdır, bizi ehtirasın qulu olmağa qoymaz. Eşqimiz saf olar, əbədi məşəl kimi alovlanar, üstündə kələm qovurduğun mətbəx qazı kimi gah yanıb, gah da sönməz.
– Ben hiç bir şeyi unutmuyorum.
+ Peki nasıl oluyor da hala yaşıyorsun?
Məhəbbət dupduru, balaca bir gölməçə deyil ki şəklin həmişə ora düşsün Joan.Onun tufanı var, fırtınası var..Onda gəmilər,şəhərlər qərq olur,qızıl küpələri,mirvarilər batır.Ancaq mirvarilər çox dərinə gedir..Bax mirvarilər əsil sevgilərdir, Joan
-Şimdi bunu ne yapabilirim?
+ Bir yere koy. Bir sürü şey koymak için yer var. Bu dünyada her şeye, istediğin kadar yer var. Sadece insanlar için yeterli değildir.
Həyatın çox yaxşı qanunu var: heç nə gözləmirsənsə, məyus qalmayacaqsan
Məhəbbət dupduru, balaca bir gölməçə deyil ki, şəklin həmişə ora düşsün, Joan.
Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib götürmək lazımdır.
Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndə duydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır
Adamın da gözündə hər şey öləndə bədbəxtlik daha bəxbəxtlik olmur, çünki həyatda onu müqayisə eləməyə heç nə qalmır. Onda hər şey mənasını itirir, keçib gedir, sən də yavaş-yavaş özünə gəlirsən
Həqiqətə uyğun olmayan şeylər, az qala, həmişə həqiqət olur.
Əsl həyat bircə anın səadətindədir. Bu bircə an əbədiyyətə lap yaxındır.
Sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür.
Hərbi zavodları ona görə tikirlər ki, sülh istəyirlər, həbs düşərgələrini ona görə yaradırlar ki, həqiqəti sevirlər! Ədalət də siyasətbazlar üçün pərdə olub. Siyasi canilər indi xilaskara çevrilib. Azadlıq isə ağalıq iddiasında olanların guruıtulu şüarıdır. Saxta pullardır! Mənəvi saxtalıqdır!
-Bizə daha fikirləşib baş sındırmaq lazım deyil. Hər şeyi qabaqcadan fikirıəşiblər, götür-qoy edib, duyublar. Lap konserv kimidir, təkcə ağzını açmaq lazımdır. Gündə 3 fədə evə göndərirlər. Daha bizə əkib-becərmək, tərəddüd, şübhə, həsrət ocağında bişirmək lazım gəlmir, – o irişdi. – Belə həyat asan yox, ucuzdur, Boris.
Etiraz eləmək, əksinə getmək Qərb dünyasının mənəvi kasadlığıdır.
Hamının həyatı öz evi deyil ki, xətri istəyən mebellə bəzəsin.
-İndi başa düşmək istəyən adam tapılar? Dünyadakı bütün anlaşılmazlıqların səbəbi də elə budur.
Adamın da gözündə hər şey öləndə bədbəxtlik daha bədbəxtlik olmur, çünki həyatda onu müqayisə eləməyə heç nə qalmır. Onda hər şey öz mənasını itirir, keçib gedir, sən də yavaş-yavaş özünə gəlirsən
Qaranlıqdan gələn sözlər necə düz ola bilər? Həqiqət üçün parlaq işıq lazımdır.
Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir