İçeriğe geç

God Is Not Great: How Religion Poisons Everything Kitap Alıntıları – Christopher Hitchens

Christopher Hitchens kitaplarından God Is Not Great: How Religion Poisons Everything kitap alıntıları sizlerle…

God Is Not Great: How Religion Poisons Everything Kitap Alıntıları

&“&”

Biz bir növ böyük börəküstü vəziləri və çox kiçik alın payları olan heyvanlarıq. Yəqin ki, qarşımızda duran ən çətin vəzifə təbiətdə əsl yerimizi, mənanı tapmaqdır. Kosmosdakı yerimiz o qədər əhəmiyyətsizdir ki, biz öz kiçik beyin kütləmizlə onu təsəvvür belə edə bilmirik. Yer üzündəki varlığımızın tam təsadüf nəticəsində yaranması fikrini dərk etmək də asan iş deyil. Bəli, biz kosmosdakı yerimizi, həyatımızı uzatmağı, xəstəliklərimizi müalicə etməyi, digər qəbilələrdən, heyvanlardan hörməti, faydanı əldə etməyi, raket və peyklər vasitəsilə rabitəni tezləşdirməyi öyrənmişik. Lakin ölümümüzün qaçılmaz olduğunu anlayanda, bunun ardınca isə bizim bir növ kimi yer üzündən silinəcəyimizi və qlobal istiləşmənin qorxunc nəticələrini düşünəndə heç də rahatlıq hissi duymuruq. Lakin, yenə də, biz, həyatları haqqında heç nə danışmadan, heç nə yaşamayıb, bir neçə dəqiqə ərzində qışqırıq, ağrı və heyvani qorxu içində ölənlərdən daha yaxşı vəziyyətdəyik."
Milyonlarla uşağa masturbasiyanın insanı kor etdiyini, çirkin düşüncələrin cəzasının əbədi cəza olduğunu, digər dinlərin davamçılarının, o cümlədən onların ailələrinin cəhənnəm atəşində yanacağını və venerik xəstəliklərin öpüşlə keçdiyini deməklə onlara dəyən zərəri təsəvvür etmək mümkün deyil. Həmçinin, əba geymiş müəllimlərin bu yalanı uşaqların beyninə yeritməsi və bunun cəzasının təcavüz və ictimai təhqir olduğunu deməsiylə səbəb olduqları zərər də ölçülməzdir. Bəlkə, "unudulmuş qəbir evində yatanların" bəzisi bu dünyanı biraz daha yaxşılaşdırıblar. Ancaq nifrəti, qorxu və günahkarlığı təbliğ edənlərin, çoxsaylı uşaqların həyatını məhv edənlərin bəxtləri gətirib ki, uşaqları qorxutduqları cəhənnəm əzabı sadəcə bir nağıldır və onlar orada əbədi işgəncələr vermək üçün göndərilməyiblər. İrqçilik, yersiz düşmənçilik və riyakarlığa məruz qalmış qəddar, qeyri-səmərəsiz, dözümsüz, cahilliyə və azad fikirliyə, nifrətə əsaslanan qadınlara və əziyyət çəkən uşaqlara qarşı nifrət; mütəşəkkil dinin vicdanında çox ləkə var."
Qaranlıq zamanlarda insanları din idarə edirdi, çünki zülmət gecədə kor adam ən yaxşı rəhbərdir. O, bütün yolları və cığırları görənlərdən daha yaxşı tanıyır. Ancaq gün işığında kor qocaların dalınca getməyə davam etmək axmaqlıqdır."
Bizim hər gün və ya bazar günü ya da hansısa möhtərəm günlərin birində toplaşıb öz heçliyimizdən həzz alaraq doğruluq və peşmançılıq haqqında danışmağa ehtiyacımız yoxdur. Hər cür qurban və rituallar, həmçinin hər hansı obraz və predmetlerə ( hətta bu predmetlər ən faydalı insan yenilikçiliyi kimi görünsə də: kitablar) sitayiş etmək bizə çox iyrənc görünür. Dünyanın heç bir nöqtəsi bizə digərindən daha "müqəddəs" deyil. Zəvvarlıq cəfəngiyyatı və bəzi müqəddəs divar, mağara, məzar və ya daş uğruna qan tökülməsi kimi dəhşətin yerinə biz kitabxana zallarında və qalereyalarda tələsmədən gəzməyi, dostumuzla nahar edərkən gözəllik və həqiqət axtarışları barədə söhbət etməyi daha üstün tuturuq."
Əgər içimdə dini adlandırılacaq bir şey varsa, bu elmimizin aşkar edə biləcəyi dünyanın mükəmməl strukturuna dair sərhədsiz heyrətim ola bilər.
Daha da irəli gedib bəyan edə bilərik ki, məhz dünyəvi totalitarizm insan pisliyinin apofiziyasıdır. Ən çox yayılmış nümunələr – Hitler və Stalin rejimi – dəhşətli aydınlıqla insanların tanrı rolunu öz üzərinə götürdükdə nələrin baş verə biləcəyini nümayiş etdirdi.
Ölüm və tanrılar haqqında həqiqəti bilmirəm, amma hər şeyə and içməyə hazıram ki, siz də bu haqda bir şey bilmirsiniz".
Dinə qarşı ən mülayim, eyni zamanda ən radikal və ən güclü silahsızlaşdırıcı dəlil budur ki, din – insan ixtirasıdır.
Mənəvi həyat din olmadan da mümkündür, amma bunun əksinin də doğru olduğunu bilirik.
Qaranlıq zamanlarda insanları din idarə edirdi, çünki zülmət gecədə kor adam ən yaxşı rəhbərdir. O, bütün yolları və cığırları görənlərdən daha yaxşı tanıyır. Ancaq gün işığında kor qocaların dalınca getməyə davam etmək axmaqlıqdır."

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir