İçeriğe geç

Arxadakı Körpüləri Yandırın Kitap Alıntıları – Rövşen Abdullaoğlu

Rövşen Abdullaoğlu kitaplarından Arxadakı Körpüləri Yandırın kitap alıntıları sizlerle…

Arxadakı Körpüləri Yandırın Kitap Alıntıları

&“&”

Hər bir qüsur özündə böyük üstünlüklər toxumu daşımaqdadır.
Yüksəklərdə uçmalısan ki,yerdə gəzənlərin sənə atdıqları daşa tuş gəlməyəsən.
Ümid dünyanı öz oxu ətrafında fırladan qüvvədir.
Hər hansı bir insanın səviyyəsini bilmək istəyirsinizsə, ilk növbədə onun kitabxanasına nəzər salın. Ümumiyyətlə, ondan soruşun, görün, kitabxanası vardırmı. Yoldaşınızın kitablarını yüngül təftiş etməklə onun şəxsiyyəti barəsində sizdə müəyyən təsəvvür formalaşacaqdır. Bir insanın kitabdan uzaq olması düşüncə, məntiq, elm və hidayətdən uzaq olması deməkdir. İnsanın hansı kitablara üstünlük verməsi onun həyatda malik olduğu dəyərlərinin, həyati qanunlarının, istəklərinin və fikirlərinin nədən ibarət olduğunu aşkar edir. Əksər insanlar kitabın yalnız məktəblinin və ya hər hansı bir təhsil mərkəzinin şagirdinin istifadə etməsi lazım olan vəsait olduğunu düşünürlər. Onlara görə, məktəbi bitirdikdən sonra kitab oxumağa heç bir lüzum yoxdur. Bunu onların kitaba olan biganəlikləri təsdiq edir. Onlara “sonuncu dəfə nə vaxt kitab oxumusan? sualını vermək kifayət edər. Verdiyi cavabdan hər bir şey aydın olacaqdır.
Bir çox insanlar imkan verirlər ki, qohumları, tanışları, əslində isə, əməli cəhətdən bir qəpiklik olmayan, guya yaxşılıq etmək hislərindən qaynaqlanan mülahizələri ilə onların həyatlarını məhv etsinlər.
Digərlərinin fikrinə hədsiz dəyər vermək də bir neçə səbəbdən qaynaqlanır, ən mühümü də insanın özünə olan inamının azlığı, özünü zəif bilməsi, digərlərini isə mühüm hesab etməsi, yüksək statusa, elmə, qüvvəyə malik olduqlarını düşünməsidir.
Mümkündür, bizi kimlərsə tənqid etsin, bizi sevməsin, ancaq bu, o demək deyil ki, onların heç bir əhəmiyyətə malik olmayan sözlərinə görə öz inkişaf yolumuzdan geri dönməli, qərəzli insanları öz istəklərinə çatdırmalıyıq. İnkişaf və yaradıcılıq yolunda bizləri dəstəkləyən insanlar həmişə tapılacaqdır.
Risk qurtuluş və yüksəklərə qalxmaq üçün zəruridir. Heç bir şeyi ilə risk etməyən insan bir müddətdən sonra sahib olduğu hər bir şeyi itirmək təhlükəsi qarşısında qalacaqdır. Risk etməmək qorumaq deyil, əksinə, bəzən məğlubiyyət və itirmək anlamına da gəlir. Əksər vaxtı nəyisə əldə etmək üçün nəyisə əldən verməyə hazır olmalısan.
Riski də ehtiyat və ağılla etmək lazım olduğunu unutmamaq lazımdır. Risk etmək məğlubiyyətə əmin olduğu halda insanın özünü təhlükəyə atması deyil. Risk, dəlilik, axmaqlıq və kamikadzelikdən fərqli bir mənaya malikdir. Həmçinin risk hədəf uğrunda dəyərindən artıq qurbanı təhlükə qarşısında qoymaq anlamına da gəlməz. Həqiqi risk şərəfli insanlara xas olan üstün hədəflər yolunda şücaət göstərərək fədakarlığa hazır olmaqdır.
Bəxti gətirmək ciddi hazırlığın, bəxti gətirməmək isə səhlənkarlıq və tənbəlliyin nəticəsidir.
İstədiyimiz taleyi yaşamaq və fikirlərimizi gerçəkləşdirmək üçün ruhumuzun gücündən istifadə edib lazım olan insanları, imkanları özümüzə cəlb edib, lazım olan mühiti yarada bilərik. Maddi aləm şiddətli inamla dəstəklənmiş istək və əməllərimizə biganə qala bilmir və onlardan birbaşa təsirlənir. Düşüncələrimiz və etdiyimiz əməllər aləmlə əlaqəlidir. Bu ikisi arasında olan rabitə, əməllərin təbiət nizamında buraxdığı böyük təsir müxtəlif elmi-fəlsəfi mənbələr əsasında sübuta yetmişdir.
İnsan həyatdan istədiyi bütün müsbət şeyləri şüuraltına daxil edərək onları həyatında gerçəkləşdirə bilər.
Siz diqqətlisinizsə, yəqin fikir vermisiniz ki, əksər insanlar duaya yalnız bütün başqa üsullar nəticəsiz qalanda müraciət edirlər. İndi ki belədir, deməli, bu an onların şüuru qorxu və şübhələrlə, daha doğrusu, təhtəlşüurun Dünyəvi İdrakla əlaqələnərkən onsuz faaliyyət göstərə bilmədiyi hislərlə doludur.
Qəlbən gələn hər bir istəyin həqiqət tapması mütləqdir. Əgər hər hansı bir şeyi istədiyimiz halda əldə edə bilmiriksə, deməli, istəmirik. Çünki istəsəydik, əldə edərdik. Ruhumuzun dərinliklərinə öz istəklərimizi yazmalıyıq. İstəklərə doğru qəlblə getməliyik, dilin hərəkətindən ibarət olan istək mənasızdır.
Allahın sənə gec qarşılıq verməsi səni əsla naümid etməsin. Belə ki, əta niyyət miqdarındadır. Əksər vaxtı duanın gec qəbulu əvəzinin daha çox olması üçündür. Bəzən bir şey istəyirsən, fəqət Allah istədiyini deyil, sənə ondan daha yaxşısını gec və ya tez verir. Bəzən də sənin üçün daha xeyirli olan bir şeyə görə duanı qəbul etmir. Çox vaxt olur ki, (özün də bilmədən) Allahdan dininin məhvinə səbəb olan şeyi istəyirsən. Əgər onu sənə versə, haqq yoldan çıxarsan.
Həyat yaşadığımız müddətcə bizdən fürsətləri əsirgəmir. Sadəcə olaraq, o fürsətləri görmək və vaxtındaca dəyərləndirmək lazımdır.
Hər bir insanın hədəfi vurmaq üçün kifayət qədər gülləsi vardır. Sadəcə olaraq hər bir insan üçün təyin olunmuş hədəfi və onun güllələri olan imkanlarımızı tapmaq lazımdır.
Insan ilk olaraq öz daxili aləmində hakimiyyət qurmadıqca həyatına hakim kəsilə bilməyəcək, çətin şəraitləri idarə etmə iqtidarında olmayacaqdır. Ruzigar və onun həmlələri qarşısında tab gətirə bilmək üçün bütün gücləri səfərbər etmək, daxili vəhdətə nail olmaq mütləqdir.
Həyatda qarşılaşdığımız hər çətinlik, sıxıntı, xəstəlik, stress, uğursuzluq rəqibdən aldığımız yumruq zərbələrinə bənzəyir. Hər zərbənin məqsədi də batini birliyimizi parçalayaraq ruhumuza hakim kəsilməkdir. İnsan daxili aləminə hakim kəsilməklə, həyatında yaranmış boşluğu doldurmaqla böyük nailiyyətlər əldə edə bilər. Güc birlikdə olduğu üçün insan özünü ələ almaqla bütün istedadlarını aşkar etmiş, gücünü daha da artırmış olur.
Bir ferdi olduğum insanlık, ah ne kadar az idi gerçekten; derinliklerine erişemediği yeraltı ile sonsuzluğa uzanan gökyüzü arasındaki dünyasında, ancak basabildiği toprakla ve varabildiği menzille sınırlıydı; ne kadar âciz, bilgisiz ve çaresizdi!
Dünya tarixində hər bir halda yalnız qaliblər yadda qalmışlar. Məğlubları isə tarix unutmuşdur. Hər hansı elm sahəsində inşa edilmiş kəşf onu ilk dəfə edənin adı ilə bağlıdır. Bəzən olur ki, elmi məsələ kəşf ediləndən sonra dünyanın başqa yerlərində digər alim tərəfindən də eynilə təkrarlanır. Lakin tarix elmi məsələni onu ilk kəşf edənin adı ilə bağlayır.
Yüksəklərdə uçmalısan ki, burada gəzənlərin sənə atdıqları daşa tuş gəlməyəsən
Qaliblərin qüsurları görsənmir, onlara daha çox mülayim yanaşır, daha az tənqid edirlər. Mühakimə kürsüsü qaliblər üçün deyil.
Qalibləri mühakimə etmirlər, məğlub olanlarla isə heç kəsin işi yoxdur.
Hər mənfinin müsbət cəhətlərini axtarmaq və tapmaq, mənfidən müsbət enerji almaq, badalaqdan əks fənd kimi istifadə etmək, həyatın bizi geri çəkməsindən üzümüzü geri dönərək irəliyə getmək üçün öz xeyrimizə istifadə etmək, az sərmayəni çox sərmayə kimi dəyərləndirmək -bütün bunlar məhdud resurslu dünya aləmində çox mühüm amillərdir.
Biliyə deyil, hikmətə çatmağa çalış. Belə ki, bilik keçmiş, hikmət isə gələcəkdir.
<Sonra> sözünü <indi> sözü ilə əvəz etməyincə müvəffəq olmaq çətin yox, qeyri-mümkündür.
Qələbə çalmaq istəyən arxaya qayıda bilməsin deyə bütün körpüləri yandırmalıdır.
Biliyə deyil, hikmətə çatmağa çalış, belə ki, bilik keçmiş, hikmət isə gələcəkdir.
Həyatı dəyişmək- düşüncədən başlayır.
Əgər həyatda hədəfin yoxdursa, o zaman heç bir şey etmirsən.
Zərgərin əlinə balta versən, barmağını doğrayar, odunçunun əlinə qızıl versən, baltaya qızıl sap düzəldər. Çörək çörəkçinin, balta odunçunun, qızılda zərgərin əlində daha məqsədəuyğundur.
Uğursuzluğun ən geniş yayılmış səbəblərindən biri ilk uğursuzluqda işdən imtina etməkdir. Hər birimiz, bircə dəfədə olsa bu səhvi etmişik.
Qələbə çalmaq istəyən arxasınca geriyə qayıda bilməsin deyə bütün körpüləri yandırmalıdır.
Yüksəklərdə uçmalısan, ki yerdə gəzənlərin sənə atdıqları daşa tuş gəlməyəsən…
Zərgərin əlinə balta versən barmağın doğrayar, odunçunun əlinə qızıl versən baltaya qızıldan sap düzəldər.
… hər uğursuzluq özündə müvafiq uğur toxumları daşıyır.
Həyat uğur qapılarını, onu israrla döyənlərin üzünə açır.
Arxadakı körpüləri yandır, özünə geri qaytmağa heç bir yolun olmadığını dərk etdir
Nizə ilə Ayı nişan alsan, qartalı vurar, qartalı nişan alsan, oxu torpağa atarsan".
az davamlılıq" "çox müvəqqəti"dən üstündür"
İnsanlar həyatlarının üçdə birini yuxuda keçirir, qalan üçdə birini pul qazanmaq üçün sərf edirlər. Yerdə qalanınıda əylənir, yeyib – içirlər. Yaşamaq üçün isə vaxtları qalmır.
İnsan öz hisslərində heç vaxt yanılmır. Ona görədə əgər bir şeydən əziyyət çəkirəmsə deməli o, problemdir. Mümkündür ki, kimin üçünsə deyil, ancaq yaşamasına mane olduğu insan üçün mütləq problemdir.
Gözə görünməzə inanmaq lazımdırsa,o zaman mənə görə,bakteriyalara inanmaqdansa,möcüzələrə inanmaq daha yaxşıdır.
İnsan əldə edəcəyinə inanmadığı hədəfə heç bir zaman çata bilməyəcəkdir…
Özünüzü təlimləndirməklə məşğul olun! Adi şablon təhsil sizə adi şablon nəticələr verəcəkdir.
Heç bir şeyi ilə risk etməyən insan bir müddətdən sonra sahib olduğu hər bir şeyi itirmək təhlükəsi qarşısında qalacağ. Risk etməmək qorumaq deyil, əksinə bəzən məğlubiyyət və itirmək anlamına da gəlir. Əksər vaxt nəyisə əldə etmək üçün nəyisə əldən vermeyə hazır olmalısan.
Həyatda müvəffəq olan əksər insanlar yalnız eyni bir mismara davamlı olaraq çəkic vurmuş şəxslərdir…
Ümid dünyanı öz oxu ətrafında fırladan qüvvədir…
Hər mənfinin müsbət cəhətlərini axtarmaq və tapmaq,mənfidən müsbət enerji almaq,badalaqdan əks fənd kimi istifadə etmək,həyatın bizi geri çəkməsindən üzümüzü geri dönərək irəliyə getmək üçün öz xeyrimizə istifadə etmək,az sərmayəni çox sərmayə kimi dəyərləndirmək-bütün bunlar məhdud resurslu dünya aləmində çox mühüm amillərdir…
Var-dövlət eyibləri gizlədər…
Yüksəlmək üçün özünü tarixlə müqayisə etməlisən.Tarixdə iz buraxmaq üçün tarixlə ayaqlaşmaq, səssiz – səmirsiz gəlib – gedmişlərlə bir cərgədə durmaq lazım deyil. Tarixdə ön cərgədə müqayisə birinci də olmasan, səni ikinci, üçüncü edəcəkdir. Ortada duranlara baxsan, sonuncu olacaqsan.
Həyat öz uğur qapılarnı istedadlılara deyil, öz istedadından layiqincə istifadə edənlərə, ömür sərmayəsini artıranlara açar.
Həmişə məqsədyönlü olmaq istəyirsinizsə, həyatınıza ciddi yanaşırsınızsa və qələbə qazanmaq istəyirsinizsə, mütləq özünüzün şəxsi stimul verəcək bir sisteminiz olmalıdır.
Zamana şəxsi mülkiyyətiniz kimi baxın. Yalnız siz onu saxlaya, yalnız başqaları üçündə ayıra bilərsiniz.
Xoşbəxtlik bank hesabınızdan çıxardığınız pul deyil. Xoşbəxtlik həyatdan və sizi əhatə edən insanlardan ala biləcəyiniz bir şeydir.
İxtilaflar düşən zaman kitab əhli ilə ortaq dil tapmaq mümkün olduğu halda, kitabdan uzaq insanlarla razılaşmaq çox çətin olur.
Davamlı iş nəticə verir, bu asta addımlarla da olsa, hədəfə doğru addımlamağa bənzəyər. Bir addım ata biləcəyin halda onu etməmək inkişafdan, və bu işi edən insanlardan bir addım geri qalmaq deməkdir.
Zərgərin əlinə balta versən barmağını doğrayar, odunçunun əlinə qızıl versən baltaya qızıl sap düzəldər. Çörək çörəkçinin, balta odunçunun, qızılda zərgərin əlində daha məqsədəuyğundur.
Bilik əməllə birgə olduğu zaman böyük qüvvədir.
Adını hər nə qoyursan qoy, həqiqət ondan ibarətdir ki, istək tam qəlbinlə olmalıdır və nəticəyə varacağına ilk olaraq özün inanmalısan.
Həyatına pessimist və xürafat qatmış insanın uğursuzluq və fəlakətlə qarşılaşması təbiidir.
Düşüncə deyil, güc dünyanı idarə edir, yalnız düşüncədə gücü idarə edir. (Blez Paskal)
Yüksəklərə can atmaq, bolluq və intihab istəmək üçün tələb olunan güc səfalət və yoxsulluqla barışmaq üçün tələb olunandan çox deyil.
Bethoven kar, Milton kor idi amma onların adları dünya ilə birlikdə öləcək. Çünki onlar təkcə xəyal etməyi deyil, öz arzularını həyata keçirməyi və bunun üçün də çalışmağı bacarırdılar.
Arzular yalnız istək əmələ çevriləndə gerçəkləşir. Həyatdan çox şey istəyin və həyat sizə çox şey verəcək.
Yüksəklərdə uçmalısan ki, yerdə gəzənlərin sənə atdıqları daşa tuş gəlməyəsən.
Keçmişə aid olan təəssüratlar, uşaqlıq illərinə məxsus hisslər, müsbət ya mənfi emosiyalar şüuraltında cəmləşmişdir.
İnsan ilk olaraq öz daxili aləmində hakimiyyət qurmadıqca həyatına hakim kəsilə bilməyəcək, çətin şəraitləri idarə etmə iqtidarında olmayacaq.
Uğursuzluq hadisələrin istədiyimiz kimi baş verməməsindən başqa bir şey deyildir.
Həyat uğur qapılarını onu israrla döyənlərin üzünə açır. İsrarla bir işin arxasınca düşmək üçün də geriyə qayıtma yollarını bağlamaq lazımdır. Geriyə qayıtma fürsəti insanın beynində olduğu müddətdə irəliyə inamla və israrla gedə bilməyəcək, bütün fürsətləri tamlığı ilə dəyərləndirməyəcək. Hər çətinlik zamanı geri qayıdıb-qayıtmaması barədə şəkkə düşəcək.
Elə bir qapı yoxdur ki, davamlı döyüldüyü halda açılmasın.
İmkanlı şəxslərin etdiyi hərəkətlərdə mövcud olan qüsurlar başqaları tərəfindən gözardına vurulur. Bu, insanların psixologiyasında mövcud olan yüksəkdə duranlara ehtiram", "üstün dərəcələrin heybəti və hipnotik təsiri"nə qayıdır.
Böyük şəxsiyyətlər üçün heç bir çətin həyat şəraiti maneə hesab edilmir. Cılız insanlar üçün isə ən kiçik maneələr belə aşılmaz yüksəkliklər kimidir.
¶Bizi tənqid edən insanlar hər zaman olacaq.Lakin əsas olan bizim öz inkişaf yolumuzdan dönməməyimiz və qərəzli insanları öz istəklərinə çatdırmamağmızdır.İnkişaf və yaradıcılıq yolunda bizləri dəstəkləyən insanlar həmişə tapılacaqdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir